Gəncə niyə kriminal şəhər kimi TANINIR? – ARAŞDIRMA

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə haqqında cəmiyyətdə uzun illərdir formalaşmış bir fikir var: “Gəncə kriminal bölgədir.” Bu stereotipin hardan qaynaqlandığı və nə dərəcədə həqiqəti əks etdirdiyi isə geniş ictimaiyyətin diqqətini cəlb edir.

Stereotipin kökü haradan başlayır?

Bizim.Media-nın araşdırmasına görə, Gəncənin kriminal bölgə kimi təqdim olunması əsasən 1990-cı illərin mürəkkəb ictimai-siyasi və iqtisadi durumundan qaynaqlanır. Qarabağ müharibəsi, iqtisadi böhran, hüquq-mühafizə orqanlarının zəif fəaliyyəti fonunda ölkənin bir çox bölgəsində olduğu kimi, Gəncədə də cinayətlərin sayı artmışdı.

O dövrdə baş verən bir neçə ağır cinayət hadisəsi və fəaliyyət göstərən kriminal qruplaşmalar medianın diqqət mərkəzinə düşmüş, bu da ictimai şüurda Gəncə ilə bağlı neqativ rəyin formalaşmasına səbəb olmuşdu.

Media və pop-mədəniyyətin təsiri

Məlumdur ki, media və pop-mədəniyyət ictimai stereotiplərin formalaşmasında mühüm rol oynayır. Bəzi televiziya seriallarında və şou proqramlarda Gəncəli obrazlarının sərt, kobud və tez aqressivləşən biri kimi təqdim olunması da bu imicin güclənməsinə səbəb olub.

Təəssüf ki, reytinq naminə yayımlanan bəzi qərəzli və şişirdilmiş xəbərlər Gəncə haqqında yanlış təəssüratlar yaradır. Bu cür təqdimatlar bir neçə fərdi hadisənin ümumiləşdirilərək bütün şəhərə aid edilməsinə gətirib çıxarır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kriminalist Mahmud Hacıyevin fikrincə, Gəncə bölgəsində kriminal hadisələrin digər bölgələrlə müqayisədə daha çox olması barədə yayılan fikirlər həqiqəti əks etdirmir:

 “Ola bilər bir ay ərzində hansısa bölgədə 4-5 hadisə baş versin, daha sonra aylarla heç bir cinayət baş verməsin. Yəni bu, sabit və qanunauyğun göstərici deyil. Üstəlik, Gəncə Bakıdan sonra ikinci böyük şəhərdir. Burada əhali sayı da nəzərə alınmalıdır. Milyonluq şəhərlə kiçik rayon mərkəzini müqayisə etmək doğru deyil”.

Kriminalist əlavə edib ki, böyük şəhərlərin böyük problemləri olur və bu, yalnız Gəncəyə aid deyil:

“Sakit bölgədə də qəfil cinayət hadisəsi baş verə bilər. Belə çıxır ki, Gəncə camaatı cinayətə meyillidir, Qəbələ sakinləri isə deyil? Bu yanaşma kökündən yanlışdır”.

Mövzuya münasibət bildirən Milli Məclisin deputatı Müşfiq Cəfərov isə qeyd edib ki, bu tip stereotiplər təkcə Gəncə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Onun sözlərinə görə, bir neçə fərdi hadisəyə əsaslanaraq bütöv bir şəhəri damğalamaq ədalətli deyil:

“Gəncə həm ölkənin ikinci ən böyük şəhəri, həm də Qərb bölgəsinin sosial-mədəni mərkəzidir. Burada 3 ali təhsil müəssisəsi fəaliyyət göstərir, minlərlə gənc bu şəhərdə təhsil alır və yaşayır. Mən bölgəçilik prinsipinin əleyhinəyəm. Hər birimiz Azərbaycan vətəndaşıyıq”.

Deputat əlavə edib ki, Gəncə şəhəri təkcə qədim mədəniyyət və qonaqpərvərliyi ilə deyil, həm də müasir imkanları ilə seçilir:

“Şəhərdə gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün yaradıcı dərnəklər, idman mərkəzləri və müxtəlif təhsil təşəbbüsləri mövcuddur. Cinayət və digər neqativ hallar daha çox sosial və mənəvi faktorlarla bağlıdır, coğrafi məkanla yox”.

Müşfiq Cəfərov eyni zamanda, gənclərin cinayət aləminin simvollarını qəhrəman kimi görməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb:

“Çox təəssüf ki bu gün Azərbaycan məktəblisi qəhrəman kimi tariximizdəki hansısa uğurlu şəxsləri yox, cinayət, oğru aləminin məşhur simalarını nümunə kimi götürürlər. Biz artıq aşağı sinif şagirdlərinin üzərində belə soyuq, kəsici-deşici alətlər tapa bilərik.  Kriminal hadisələrin və narkomaniyanın artması təkcə şəhərlə və coğrafi məkanla bağlı deyil, daha çox sosial və mənəvi səbəblərlə əlaqəlidir.

Gəncə şəhərində yeniyetmələrin və gənclərin vaxtlarını səmərəli keçirmələri üçün kifayət qədər şanslar yaradılıb. Şəhərdə uşaqlar üçün yaradıcı və idman mərkəzləri mövcuddur. Hər kəs müxtəlif dərnəklərdən, idman klublarından istifadə edə bilir və bu da gənclərin həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir edir”, - deyə deputat vurğulayıb.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

End of content

No more pages to load

RADİO