Rusiyada qadını öldürdü, 14 il sonra Bakıda tutuldu – TƏFƏRRÜAT

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Eldar Məhərrəmovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 27 dekabr 2008-ci il tarixdə Rusiyanın Moskva vilayəti, Klin şəhəri, Liteynaya küçəsi, ev 4, mənzil 201 ünvanında qeydə alınıb. Belə ki, Eldar Məhərrəmov kirayə qaldığı evdə sevgili münasibətində olduğu Ryabova (Şikanova) Yekaterina Nikolayevna ilə birlikdə olarkən, saat 20 radələrində onların mənzilinə qadının rəfiqəsi Saxobat Babayeva qonaq gəlib.

O, həmin vaxt qonağın üzərində bir ədəd “Nokia 5310” markalı mobil telefon, qırx qramlıq kulonlu qızıl zəncir, on qramlıq qızıl zəncir, dəst sırğalar və zümrüdlü qızıl üzük, qızıl bilərzik, iki və ya üç üzük və on min Rusiya rublu nağd pulun olduğunu görüb.

Sonra Eldar Saxobatın əmlakını ələ keçirmək məqsədi ilə onu qəsdən öldürmək qərarına gəlib və çəkiclə qadının üzərinə hücum edib. O, Saxobatın baş nahiyəsinə üç dəfə zərbə endirib, sonra boğaraq qətlə yetirib.

Daha sonra Eldar qadının paltarlarını çıxarıb, meyiti hamam otağına aparıb, həyətə düşüb, iki rulon zibil paketi və beş şüşə ağardıcı məhlul alaraq evə qayıdıb. O, bıçaqla cinayət əməlinin izlərini gizlətmək məqsədi ilə zərərçəkmiş şəxsin meyitini bıçaqla doğrayıb hissələrə ayırıb, altı ədəd paketə doldurub, yaxın həyətlərdə olan müxtəlif zibil qablarına atıb. Sonra Eldar qadının üzərindəki pul və əşyaları götürüb.
 

Hadisədən 14 il sonra – 2022-ci ildə Eldar Məhərrəmov Bakıda saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.


İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxs qarşı 17 000 manat maddi və 83 000 manat mənəvi zərərə görə (cəmi 100 000 manat) tələbinə dair mülki iddiası qismən təmin olunub. Belə ki, maddi zərərə görə 1262,90 manat və mənəvi zərərə görə 10 000 manat məbləğində pul Eldar Məhərrəmovdan alınıb zərərçəkmiş şəxsin hüquqi varisi nəfinə ödənilməsi hökm olunub. Mülki iddia qalan hissədə təmin edilmədən rədd edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

End of content

No more pages to load

RADİO