ADNSU-nun təşkilatçılığı ilə beynəlxalq konfransa start verildi - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə “UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” konfransı öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, konfrans UFAZ-ın Baş katibi Martin Qodonun açılış nitqi ilə başlayıb.

Sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamladıqdan sonra ADNSU-nun fəaliyyəti, tələbə və məzunların nailiyyətləri, beynəlxalq və yerli tədbirlərdə uğurları, həmçinin sənaye sahələrinə töhfələri və tədqiqat potensialı ilə bağlı təqdimatla çıxış edib.

Sonra konfransın əsas tərəfdaşlarından olan “SOCAR Polymer”in Baş direktoru Fuad Əhmədov çıxış edərək sahə peşəkarlarının və gənc tədqiqatçıların sənaye sahəsindəki rolunu yüksək qiymətləndirib.

“SOCAR Polymer”in fəaliyyəti, istehsal gücü, ixraca töhfəsi, eyni zamanda peşəkar kadrların hazırlanması üçün təcrübə proqramlarından və qlobal sənaye istehsalçıları ilə dayanıqlı rəqabət qabiliyyətindən bəhs edib.

Ardınca UFAZ-ın professoru və kimya müəllimi Dünya Babanlı iştirakçıları salmlayaraq konfransın ilk sessiyasının sədri kimi spiker və təqdimatçılara ümumi məlumat verib. Mövzusu üzrə ilk əsas spiker – Mixael Köhler İyerarxik quruluşlu zərrəciklərin kimya və mühəndislik sahələrindəki rolu ilə bağlı mühazirə ilə çıxış edib. Sonra mövzu üzrə iştirakçıların suallar cavablandırılıb.

Konfransın ilk sessiyası Gülnar Qəhrəmanova (ADNSU/UFAZ), Sevinc Cavadova (Kataliz vıə Qeyri-üzvi Kimya İnstitutu), İrfan Məhəmməd (Hindistanın Tirupati Texnologiya İnstitutu) və Lara Mikakın (Ruder Boşkoviç İnstitutu) çıxışları ilə davam edib.

ADNSU-nun Ümumi kimya kafedrasının müdiri Minirə Ağahüseynovanın sədrliyi ilə ikinci sessiyada əsas spiker kimi Dünya Babanlı qatlı xalkogenidlər əsasında topoloji izolyator materialların hazırlanması ilə bağlı təqdimatla çıxış edib.

Ardınca Elnur Oruclu (ADNSU), Kəmalə Bədəlova (Azərbaycan Tibb Universiteti) və Şəbnəm Feyziyevanın (Strasburq Universiteti) çıxışları dinlənilib.
 

UFAZ-ın müəllimi Gülnaz Qəhrəmanovanın sədrliyi ilə keçirilən üçüncü sessiyasında əsas spiker Stefano Belluci ətraf mühitin bərpasında qabaqcıl karbon nanomateriallarının tətbiqi ilə bağlı çıxış edib. Ardınca Minirə Ağahüseynova (ADNSU), Ülviyyə Qurbanova (Neft-Kimya Prosesləri İnstitutu) və Təhminə Tağı (ADNSU/UFAZ, CNRS, Strasburq Universiteti) təqdimatla çıxış ediblər.


Qeyd edək ki, kimya, proses və material elmlərinə həsr olunmuş üç günlük konfrans beynəlxalq və yerli alimləri, professor və sənaye liderlərini, eyni zamanda təhsil işçiləri, gənc tədqiqatçılar və tələbələri bir araya gətirir. Konfrans iyunun 3-dən 5-dək davam edəcək.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

End of content

No more pages to load

RADİO