Azərbaycan saatlıq əməkhaqqına KEÇİD EDİR: Layihə hökumətə təqdim edildi

Azərbaycanda Əmək Məcəlləsinə bir sıra dəyişikliklə edilməsi planlaşdırılır.

Bizim.Media "Modern.az"a istinadən xəbər verir ki, bunlardan ən vacibi saatlıq əməkhaqqı sisteminin tətbiqidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, məsələ ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Məlumata görə, Məcəllədə, həmçinin məsafədən işin hüquqi tənzimlənməsi, eyni dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan işçilərlə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm məsələlər də öz əksini tapacaq.

Açıqlamada bildirilir ki, normativ hüquqi aktların layihələri əvvəlcə aidiyyəti dövlət orqanları ilə razılaşdırılır və bu prosesin tamamlandığı sənədlər Nazirlər Kabinetinə təqdim olunur. Artıq bəzi layihələr razılaşdırılaraq təqdim edilib, digərləri isə hələ razılaşdırılma mərhələsindədir.

Hazırda təqdim edilmiş sənədlərə müvafiq qaydada baxılır. Nazirlik əlavə edib ki, dəyişikliklərlə bağlı irəliləyiş olduqca, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid bir neçə ildir müzakirə edilir.

Xarici ölkələrdə saatlıq əməkhaqqı sistemi geniş yayılıb və bu sistem hüquqi baza, sosial təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə tənzimlənir. ABŞ-da saatlıq əmək haqqı “Fair Labor Standards Act” qanunu ilə tənzimlənir. Federal minimum əməkhaqqı 2024-cü ildə 7,25 dollar olsa da, bir çox ştatlarda bu göstərici daha yüksəkdir. Həftədə 40 saatdan artıq iş üçün 1,5 əmsal “overtime” ödənişi verilir. Saatlıq və maaşlı işçilər eyni sosial təminat haqları ilə əhatə olunur.

Birləşmiş Krallıqda minimum saatlıq əməkhaqqı yaş qruplarına görə dəyişir və 2024-cü ildə 21 yaşdan yuxarı işçilər üçün 11 funtdur. Saatlıq işçilər də məzuniyyət və pensiya hüquqlarına malikdir.

Almaniyada saatlıq iş “Arbeitsrecht” və kollektiv müqavilələrlə tənzimlənir. Minimum əməkhaqqı 12 avrodur. Bu işlərdə vergi və sosial sığorta yükü azdır, sosial təminat sistemi geniş və əhatəlidir.

Skandinaviya ölkələrində rəsmi minimum maaş yox, kollektiv müqavilələrlə müəyyən edilən saatlıq əməkhaqları mövcuddur. Güclü həmkarlar ittifaqları və inkişaf etmiş sosial təminat sistemi sayəsində saatlıq işləyənlər də yüksək səviyyədə qorunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

End of content

No more pages to load

RADİO