Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 64 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir.
Bu məqsədlə həssas qruplara aid uşaqlarla və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.
Cari ildə 100 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Beləliklə, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.
Bizim.Media