Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından birinin nəvəsi həyatını İTİRDİ - FOTO

Azərbaycan Milli Hökumətində nazir işləyən şəxsin nəvəsi Zaqatalada vəfat edib.     

Əslən Zaqataladan olan Aslan bəy Qardaşov  N.Yusifbəylinin 1919-cu ilin martın 14-də təşkil etdiyi 4-cü Hökumət kabinetində Əkinçilik və Dövlət Əmlakı naziri vəzifəsini icra edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Aslan bəy Qardaşovun nəslinin sonuncu nümayəndəsi - nəvəsi Süleyman Qardaşov Zaqatalada, baba yurdunda, sadə bir həyat yaşayıb.  


Aslan Əliağa oğlu Qardaşov haqda nə bilirik? 


Məlumatlara görə o, 1866-cı ildə Zaqatala dairəsinin Çökək kəndində anadan olub. Zaqatala qəza məktəbində oxuyub. Sonra Müəllimlər Seminariyasını bitirib. İstanbul Universitetində təhsilini davam etdirib.

Hüquq, maarif sahəsində çalışıb. Dağıstandan II Dumaya üzv seçilib. 1917-ci ildən Müsavat partiyasının üzvü olub. Aslan bəy Qardaşov 1918-ci il dekabrın 25-də Parlamentin siyasi dustaqların amnistiyası üzrə yaratdığı komissiyanın üzvü olub. Aslan bəy N.Yusifbəylinin 1919-cu ilin martın 14-də təşkil etdiyi 4-cü Hökumət kabinetində Əkinçilik və Dövlət Əmlakı naziri vəzifəsini icra edib.

1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov “Əhrar” fraksiyası adından koalisiyadan çıxdığını və öz nümayəndələrini Hökumətdən geri çağırdığını bəyan edib. 1920-ci il aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumu müzakirə etmək üçün Palamentdə yaradılmış komissiyaya daxil olub və müzakirə zamanı hakimiyyətin bolşeviklərə təhvil vermək təklifini müdafiə edib.

A.Qardaşov bolşevik istilasından sonra istiqlal ideyalarına sadiq qalıb və Zaqataladakı üsyana rəhbərlik edib. Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi söylənilsə də, dəqiq məlumat yoxdur.

Zaqatalada yaşayan qohumlarının məlumatına görə, üsyan yatırıldıqdan sonra o, əvvəl Gürcüstana, oradan da Türkiyəyə mühacirətə gedib.

Bundan başqa M.Ə.Rəsulzadənin 1937-ci ilin iyulun 22-də Varşavada Polşa Məxfi İdarəsi üçün hazırladığı Azərbaycanın mühacirətdəki tanınmış xadimləri siyahısında A.Qardaşovun da 14-cü sırada adı yazılıb. 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Quru sərhədləri niyə hələ də açılmır?

Quru sərhədləri niyə hələ də açılmır?

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

End of content

No more pages to load

RADİO