"Match TV" kanalının Azərbaycanda yayımının dayandırılmasının SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanallarının ("МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!") çıxarılması ilə bağlı Audiovizual Şuraya vətəndaşlardan müraciətlər daxil olur.

Bu barədə Bizim.Media-ya Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər.

Qanunvericiliyin bu tələbinə riayət olunmasının təmin edilməsi üçün Audiovizual Şura tərəfindən son illərdə müvafiq işlər həyata keçirilib.

Bu məqsədlə operatorlarla çoxsaylı görüşlər təşkil olunub, onlara həm şifahi, həm də yazılı olaraq müvafiq tövsiyələr verilib.
 

2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək aparılan monitorinqlər nəticəsində qeydə alınan pozuntulara görə 20-dən çox operator barəsində inzibati xəta haqqında protokol tərtib edilib və müvafiq məhkəmələrə göndərilib. Məhkəmə qərarlarına əsasən həmin operatorların hər biri 5000 manat məbləğində cərimə olunub.


Audiovizual Şuranın apardığı araşdırmalar nəticəsində məlum olub ki, bəzi idman kanallarının Azərbaycan ərazisində yayım hüququ yoxdur. Həmin kanallarda yayımlanan bir sıra beynəlxalq idman yarışlarının ölkədə müstəsna yayım hüququ yerli yayımçılar tərəfindən əldə edilib və bu yarışlar həmin rəsmi kanallarda təqdim olunur.

Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdiyi müraciətlərdən və davam edən məhkəmə proseslərindən aydın olur ki, "МАТЧ ТВ" kanallarının Azərbaycanda faktiki olaraq "pirat" yayımı bu yayımçıların qanuni mənafelərinə və iqtisadi maraqlarına ciddi zərər vurur. Ümumilikdə isə belə qanunsuz retranslyasiya ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərir.

Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şura 13 may 2025-ci il tarixində bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində "pirat" kanalların, o cümlədən adıçəkilən idman kanallarının yayımını dayandırmağı tələb edib.

Bildirilib ki, 01 iyun 2025-ci ildən bu tələbi yerinə yetirməyən operatorlara qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Audiovizual Şura bir daha operatorların diqqətinə çatdırır ki, retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız hüquqverici sənədin mövcudluğu və bu sənədin Şuraya təqdim edilməsi halında yayımlana bilər. Bu istiqamətdə mütəmadi monitorinqlər aparılacaq və nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Quru sərhədləri niyə hələ də açılmır?

Quru sərhədləri niyə hələ də açılmır?

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

End of content

No more pages to load

RADİO