160 ildən sonra İLK - Xəzərdə “kabus ada” PEYDA OLDU – FOTOLAR

Bu ilin yanvarında “ScienceAlert” beynəlxalq jurnalında, jurnalist  Carly Cassellanın maraqlı bir yazısı dərc edilib. “Kabus" adası okeandan çıxdı və yenidən yox olmaq üzrədir” başlıqlı yazıda Xəzərdə peyda olan “kabus ada”dan da bəhs olunub:

“ABŞ-nin Milli Aeronavtika və Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA)  peykləri Azərbaycan yaxınlığındakı Kabus adanın şəklini çəkib. Alimlər adanın görünüşünü Xəzər dənizində yerləşən palçıq vulkanının püskürməsi ilə əlaqələndirirlər. Müvəqqəti torpaq kütləsi ilk dəfə 1861-ci ilin mayında sənədləşdirilib. Lakin növbəti il yoxa çıxıb. Ada 20-ci əsrdə təxminən altı dəfə sulara çıxıb və yox olub. Adanın son görünüşü 2023-cü ilin yanvarında qeydə alınıb, lakin sonrakı peyk görüntülərində yalnız dar bir quru zolağı görünür.”

Bizim.Media xəbər verir ki, tarixçi alim Zaur Əliyev sözügedən ada ilə bağlı araşdırma aparıb:

“Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məhşurdur. 

Xəzər dünyanın ən böyük daxili dənizi (göl) olmaqla yanaşı, həm də qədim zamanlardan bu yana sayısız miflərə, inanclara və sirlərə ev sahibliyi edib.


2023-cü ilin fevral ayında peyk görüntüləri palçıqla əhatə olunmuş diametri 400 metr olan bir ada aşkar edib. Təhlillər göstərib ki, ada 30 yanvar - 4 fevral tarixləri arasında əmələ gəlib. O, 2024-cü ilin sonuna qədər davam edib və yox olub.

Xəzərin bu hissəsində ilk belə ada 1861-ci ilin mayında müşahidə edilib. Onun eni 87 metr olub, dəniz səthindən 3,5 metr hündürlüyə qalxıb. 1862-ci ilin əvvəllərində bu hissə sular altında qalıb.

Vulkanın ən güclü püskürməsi isə 1950-ci ildə qeydə alınıb. Sonradan Kabus adanın eni 700 metr, hündürlüyü isə 6 metrə çatıb.


Qeyd edək ki, Çigil palçıq vulkanı Xəzər dənizində, Bakı arxipelaqında yerləşən palçıq vulkanıdır. Bu vulkanın püskürmələrindən sonra adalar yaranır, lakin bu adalar qısa zamanda dalğalar tərəfindən yuyulur və vulkanın əsas kütləsi su altında qalır. Çigil dəniz vulkanı periodik olaraq püskürən vulkanlar sırasına aiddir.

Qeyd edim ki, dünyada Kabus ada kimi tanınan digər bir ada isə 2019-cu ildə Sakit okeanda müşahidə olunub. Həmin ada Yeni Kaledoniya, Vanuatu və Böyük Baryer Rifi arasında görünüb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:27 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:27 apreldə baş vermiş tarixi hadisələr

“Apple” ən bahalı kompüterini buraxacaq

“Apple” ən bahalı kompüterini buraxacaq

ABŞ-da dəhşətli HADİSƏ: dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi

ABŞ-da dəhşətli HADİSƏ: dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi

Niyə bəzi insanlar tez-tez söyüş söyür? - İZAHI

Niyə bəzi insanlar tez-tez söyüş söyür? - İZAHI

İmmun sistemini gücləndirən HƏRƏKƏT

İmmun sistemini gücləndirən HƏRƏKƏT

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Zelenski gizli şəkildə Ermənistana gələcək

Zelenski gizli şəkildə Ermənistana gələcək

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

End of content

No more pages to load

RADİO