Əlillər üçün laboratoriya: AIDA İordaniyada yeni imkanlar yaratdı - FOTO

İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərindəki İordaniya Universitetində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən 2015-ci ildə təsis olunmuş və fiziki cəhətdən məhdud, xüsusilə gözdən əlil və görmə qabiliyyəti zəif olan tələbələr üçün nəzərdə tutulan “İnklüziv təhsil üçün kompüter laboratoriyası” əsaslı təmir edilərək xüsusi növ yeni nəsil avadanlıqlarla təhciz olunub. 
 

Cari ilin 29 may tarixində baş tutmuş laboratoriyanın açılış mərasimində AIDA-nın rəisi Elməddin Mehdiyev, ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimov, İordaniya Universitetinin vitse-prezidenti professor Ziad Havamdeh, tələbələrlə iş üzrə kafedranın dekanı Şayab Şavfan, eləcə də universitetin müəllim heyəti və tələbələr iştirak edib. 


Azərbaycan və İordaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə universitet rəhbərliyi Azərbaycan tərəfindən göstərilmiş dəstəyin sözügedən təhsil müəssisəsi üçün əhəmiyyətini, universitetdə təhsil alan əlli beş min tələbənin təxminən bir faizinin fiziki imkanlarının məhdud olduğunu və bu layihənin iki dövlət arasındakı münasibətlərə töhfə verdiyini vurğulayaraq təşəkkür edib.

Səfir E.Səlimov layihənin ərsəyə gəlməsində bütün tərəflərin nümunəvi əməkdaşlıq göstərdiyini və bu laboratoriyanın xalqlarımız və dövlətlərimiz arasında mövcud olan dostluğun nişanələrindən birinə çevriləcəyini qeyd edib. 

AIDA-nın rəisi E. Mehdiyev Azərbaycan və İordaniya arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ilə İordaniya Kralı əlahəzrət II Abdullah ibn Al Hüseyn arasındakı dostluq münasibətlərinə söykəndiyini və AIDA-nın dəstəyi ilə yenilənmiş laboratoriyanın açılışının 25 və 28 may tarixlərində qeyd edilmiş hər iki ölkənin müstəqillik günlərinə ithaf olunduğunu bildirib.

İnklüziv təhsilin dəstəklənməsi məqsədini daşıyan layihə İordaniya Universitetində təhsil alan fiziki imkanları məhdud tələbələrə müasir təhsil alətləri və resurslarına çıxış əldə etmək və potensiallarını inkişaf etdirmək imkanı verəcək.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Quru sərhədləri niyə hələ də açılmır?

Quru sərhədləri niyə hələ də açılmır?

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

End of content

No more pages to load

RADİO