Azərbaycanın 9 beynəlxalq hava limanı var - SİYAHI

Bu gün Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.

Bir neçə gün əvvəl Baş nazir Əli Əsədovun qərarı ilə Hava Limanına beynəlxalq status verilib.

Bu statusla bağlı beynəlxalq təşkilatlara da məlumat verilib. Qeyd edək ki, Laçın Hava Limanının tikintisinə 2021-ci ildən başlanılıb. Bura Azərbaycanın ən hündürdə yerləşən hava limanıdır.

Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşən hava limanı saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanında uzunluğu 3 min metr, eni 60 metr olan uçuş-enmə zolağı var.

Laçın aeroportu Azərbaycanın 9-cu beynəlxalq hava limanıdır.



Bizim.Media xəbər verir ki, modern.az Azərbaycanın beynəlxalq hava limanlarını araşdırıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Bakı şəhərindən 20 km məsafədə - Binə qəsəbəsində yerləşir. Cənubi Qafqazın ən böyük və ən işlək hava limanıdır. Limanın ümumi sərnişin ötürmə qabiliyyəti ildə 9 milyon nəfərdir.

Buradan gündə 15 mindən çox sərnişin keçir və 130-dan artıq reys yerinə yetirilir. 2024-cü ildə hava limanı 7,537 milyon sərnişinə xidmət göstərib ki, bu da 2023-cü illə müqayisədə 31% artım deməkdir. İl ərzində 59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.

Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı AZAL isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130% artaraq 373,383 nəfərə çatıb. Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24% çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4% artaraq 728 min nəfər təşkil edib.



Gəncə Beynəlxalq Hava Limanı

Hava limanı Gəncə şəhərinin mərkəzindən 7 km məsafədə yerləşir. 1 terminalı olan limanda gündə 10-dək uçuş həyata keçirilir və təxminən 1000-dək sərniçin gün ərzində limandan istiofadə edir. Hava limanı mülki aviasiya məqsədləri üçün istifadə olunur. Hava limanında müxtəlif aviaşirkətlərə xidmət göstərən bir uçuş-enmə zolağı var.



Naxçıvan Beynəlxalq Hava Limanı

Naxçıvan Hava Limanı 1976-cı ildə tikilib və 3-cü dərəcəli təyyarələri (Yak-40, An-24 və onlara oxşar) qəbul edib. Yalnız Bakı şəhərinə reyslər həyata keçirilirdi. Hava Limanı 1990-cı illərin ikinci yarısında inkişaf etməyə başladı: Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olub.

2002 - 2004-cü illər ərzində Hava Limanı rekonsrtuksiya olunaraq yeni monolit-beton konstruksiyadan hazırlanmış və yük götürmə qabiliyyəti 400 ton olan uçuş-enmə zolağı tikildi, o cümlədən beynəlxalq standartlara cavab verən yeni Aerovağzal kompleksi də sərnişinlərin istifadəsinə verildi. Bununla da ən müasir infrastruktur yaradıldıqdan sonra 2004-cü ilin aprel ayında Naxçıvan Hava Limanı Beynəlxalq Hava Limanı statusu qazandı.

Hava limanında 2 uçuş-enmə zolağı var. 2 terminala malik limanda gündəlik uçuş sayı 10-dan azdır və 3000-dək sərnişinə xidmət göstərilir.



Lənkəran Beynəlxalq Hava Limanı

Hava limanı Lənkəran şəhərində yerləşir. Yerli və beynəlxalq aviaşirkətlərə xidmət göstərən tək uçuş-enmə zolağına malikdir. 1 terminala malik limanda gündəlik uçuş sayı 20-dən az, sərnişin sayı isə 5000 nəfər nəzərdə tutulub.



Qəbələ Beynəlxalq Hava Limanı

Hava limanı Qəbələ rayonunda yerləşir. 1 terminala malik limanda gündəlik uçuş sayı 20-dək, sərnişin sayı isə 10 min nəfər nəzərdə tutulub. Hazırda uçuşlar həyata keçirilmir.



Zaqatala Beynəlxalq Hava Limanı

Zaqatala Beynəlxalq Hava Limanı Zaqatala şəhərində yerləşir. Limanın təyyarə vağzalı kompleksi və uçuş enmə zolağı 2008-ci ildə yenidən qurulub və bir il sonra limana beynəlxalq status verililb. Limanda heç bir beynəlxalq uçuş olmayıb, daxili uçuşlar 2010-cu ildən dayandırılıb.



Füzuli Beynəlxalq Hava Limanı

İşğaldan azad edilmiş ərazilərdə inşa edilmiş ilk hava limanıdır. Füzuli Beynəlxalq Hava Limanı, bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Bu hava limanı Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır.

Torpaqlarımız işğaldan azad edildkdən cəmi bir il sonra istifadəyə verilən liman beynəlxalq status və IATA kodu (FZL) alıb. Füzuli aeroportu dünyada ən sürətlə tikilən hava limanlarından biri kimi tarixə düşüb.



Zəngilan Beynəlxalq Hava Limanı

İşğaldan azad edilmiş ərazilərdə ikinci hava limanı Zəngilandə inşa edillib.

2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən hava limanını təməli qoyulub və onun tikintisinə başlanılıb və 2022-ci ilin oktyabr ayında istismara verilib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyas tərəfindən limana beynəlxalq kod - ZZE - təyin edilib.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir.

Liman Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının ən ucuz evləri bu ərazidədir – SƏBƏB

Bakının ən ucuz evləri bu ərazidədir – SƏBƏB

Bu dəfə alınmadı - Video

Bu dəfə alınmadı - Video

Yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA

Yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA

Yeni seysmik xəritə BU rayonları ƏHATƏ edəcək

Yeni seysmik xəritə BU rayonları ƏHATƏ edəcək

Hörmüzdə gizli HESABLAŞMA – Blokada oyununda kim uduzur, kim UDUR?

Hörmüzdə gizli HESABLAŞMA – Blokada oyununda kim uduzur, kim UDUR?

İsa Həbibəyli: “Qurban Yetirmişlidən soruşuram ki, nəyə əsaslanıb nikbin proqnozlar verir?”

İsa Həbibəyli: “Qurban Yetirmişlidən soruşuram ki, nəyə əsaslanıb nikbin proqnozlar verir?”

“Milyarderlər bunkeri”: Burada pul əsas amil deyil - DETALLAR

“Milyarderlər bunkeri”: Burada pul əsas amil deyil - DETALLAR

Qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçənlərin SAYI

Qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçənlərin SAYI

"Fənərbağça" Tedeskonu İSTEFAYA GÖNDƏRDİ

"Fənərbağça" Tedeskonu İSTEFAYA GÖNDƏRDİ

İsrail ordusu Livanda “Hizbullah”ın 1000-dən çox obyektini məhv etdi – VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın 1000-dən çox obyektini məhv etdi – VİDEO

Həm özlərinin, həm də sürücülərin həyatını riskə atdılar – ANBAAN VİDEO

Həm özlərinin, həm də sürücülərin həyatını riskə atdılar – ANBAAN VİDEO

Avropa İttifaqı “oğurlanmış” Ukrayna taxılına görə İsraildən İZAHAT TƏLƏB EDİR

Avropa İttifaqı “oğurlanmış” Ukrayna taxılına görə İsraildən İZAHAT TƏLƏB EDİR

Tramp III Çarlzla görüşdə kral protokolunu pozdu - VİDEO

Tramp III Çarlzla görüşdə kral protokolunu pozdu - VİDEO

Ukrayna növbəti dəfə Tuapsedə neft emalı zavoduna zərbə endirdi: Rezervuarlar yanır – VİDEO

Ukrayna növbəti dəfə Tuapsedə neft emalı zavoduna zərbə endirdi: Rezervuarlar yanır – VİDEO

Tramp Tehranın təklifini birbaşa rədd etməyib, lakin…

Tramp Tehranın təklifini birbaşa rədd etməyib, lakin…

Bakı yəhudi icmasından Nyu-York merinin Azərbaycan əleyhinə açıqlamalarına REAKSİYA

Bakı yəhudi icmasından Nyu-York merinin Azərbaycan əleyhinə açıqlamalarına REAKSİYA

Vətəndaşların müraciətlərinə bu hallarda BAXILMAYACAQ

Vətəndaşların müraciətlərinə bu hallarda BAXILMAYACAQ

Sumqayıtın bəzi ərazilərində içməli su olmayacaq

Sumqayıtın bəzi ərazilərində içməli su olmayacaq

Dövlət qurumlarına qəbula yazılmaq qaydası dəyişəcək – TƏLƏBLƏR

Dövlət qurumlarına qəbula yazılmaq qaydası dəyişəcək – TƏLƏBLƏR

Dünyanın siyasi XRONİKASI – VİDEO

Dünyanın siyasi XRONİKASI – VİDEO

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə YENİLİK

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə YENİLİK

Duş kabina Kontakt.az-da — ölçü, poddon, qapılar

Duş kabina Kontakt.az-da — ölçü, poddon, qapılar

Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür etdi – FOTO

Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür etdi – FOTO

Cəlilabadda məktəblini maşın vurub öldürdü

Cəlilabadda məktəblini maşın vurub öldürdü

End of content

No more pages to load

RADİO