Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşada – FOTO

Xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti mayın 31-də Şuşa şəhərinə gəlib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.

Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Din xadimləri sonra Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları, Mehmandarovların malikanə kompleksi ilə tanış olublar.

Yuxarı Gövhər Ağa məscidində olan qonaqlara məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub.

Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Hikmət Hacıyev: “Süni intellekt jurnalistikanı yenidən formalaşdırır”

Hikmət Hacıyev: “Süni intellekt jurnalistikanı yenidən formalaşdırır”

Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...

Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...

DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO

DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO

MİQ imtahanları BAŞLADI

MİQ imtahanları BAŞLADI

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

Hikmət Hacıyevdən Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Binəqədidə suyun qrafiklə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Binəqədidə suyun qrafiklə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

Naxçıvanın bir hissəsində qaz olmayacaq

Naxçıvanın bir hissəsində qaz olmayacaq

Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar

Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar

21 yaşlı gənc ürəyindən bıçaqlandı

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Qızılın qiyməti ARTDI

Qızılın qiyməti ARTDI

DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması: Fransa-İspaniya

DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması: Fransa-İspaniya

Trampdan təklif: Bacısı əvəzləsin

Trampdan təklif: Bacısı əvəzləsin

Bakının bu ərazilərində işıq olmayacaq – SİYAHI

Bakının bu ərazilərində işıq olmayacaq – SİYAHI

End of content

No more pages to load

RADİO