Tatarıstan Rəisi Rüstəm Minnixanov Murad Qadılşinin respublikanın Azərbaycandakı daimi nümayəndəsi vəzifəsinə yenidən təyin edilməsi haqqında fərman imzalayıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Tatarıstan başçısının dəftərxanası yayıb.
Sənədə əsasən, Murad Qadılşin 2025-ci il iyunun 2-dən üç il müddətinə vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Murad Qadılşin 2022-ci il iyunun 2-dən Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsidir.
Bizim.Media