Ağstafada kafelərdən birində mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1991-ci il təvəllüdlü Cahangir Əlimərdanlı döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu xəstəxanaya yerləşdirilib.
Zərərçəkən dərhal əməliyyata götürülüb, tibbi yardım göstərilib. 34 yaşlı kişinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu