Azərbaycanda bu xəstəliyə tutulanların sayı artıb

Bu gün - 25 may Ümumdünya Qalxanabənzər Vəzi Günüdür.

Bizim.Media xəbər verir ki, 2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

Bu gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildə təsis olunub. Ölkəmizdə isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilir. Onun qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Tibbi statistikaya əsasən dünya əhalisinin bir qismi bu orqanın fəaliyyət pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir.

Dövlət Statistika Komitəsindən Teleqraf-a bildirilib ki, 2024-cü ildə həyatında ilk dəfə qalxanabənzər vəzinin xəstəlikləri diaqnozu ilə 3015 nəfər qeydə alınıb.

Məlumata görə, onlardan 813 nəfəri kişi, 2202 nəfəri qadın olub. Yaş statistikasına gəldikdə isə, 0-17 yaşda 321 nəfər, 18-29 yaşda 270 nəfər, 30 və daha yuxarı yaşda 2424 nəfər qeydə alınıb.

"2023-cü ildə həyatında ilk dəfə qalxanabənzər vəzinin xəstəlikləri diaqnozu ilə 1184 nəfər, 2022-ci ildə isə 1834 nəfər qeydə alınıb. 2023-cü ildə 370 kişi və 814 qadın, 2022-ci ildə isə 415 kişi və 1419 qeydə alınıb.

Yaş aralığına gəldikdə isə, 2023-cü ildə 0-17 yaşda 238 nəfər, 18-29 yaşda 149 nəfər, 30 və daha yuxarı yaşda 797 nəfər olub. 2022-ci ildə 0-17 yaşda 168 nəfər, 18-29 yaşda 238 nəfər, 30 və daha yuxarı yaşda 1428 nəfər olub", - məlumatda bildirilib.

Son 3 ilə nəzər salsaq, ötən il əvvəlki illərə nisbətən sayda artım müşahidə edilir. Xəstəlik ən çox qadınlarda, 30 və daha yuxarı yaşlarda olan insanlarda qeydə alınıb.

Qeyd edək ki, tək üzvlərdən olan qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır.

Qalxanabənzər vəzinin bir boğazı və iki yan sağ və sol payları var. Bəzən üçüncü piramidayabənzər pay pyramidalis təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb - qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır. Qalxanabənzər vəzin bir payının boylama ölçüsü 6 sm, eni 4 sm və qalınlığı 2 sm olur. Qadınlarda çəkisi kişilərə nisbətən çox olur, bəzən hamiləlik dövründə daha da artır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

“Qarabağ” İslandiyaya getdi – FOTO

“Qarabağ” İslandiyaya getdi – FOTO

Kəlbəcərdə həyatını itirən 8 azyaşlının xatirəsi belə anıldı – FOTO

Kəlbəcərdə həyatını itirən 8 azyaşlının xatirəsi belə anıldı – FOTO

Solovyov Rusiya "elitası”na səsləndi: "Satqın, yazıq, alçaq məxluqlar" – VİDEO

Solovyov Rusiya "elitası”na səsləndi: "Satqın, yazıq, alçaq məxluqlar" – VİDEO

Ağcaqanad sancdığı yer şişərsə nə etməli?

Ağcaqanad sancdığı yer şişərsə nə etməli?

Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Rusiyanın "İzumrud" gəmisi məhv edildi – FOTO

Rusiyanın "İzumrud" gəmisi məhv edildi – FOTO

Cəmilə İsmayılzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Cəmilə İsmayılzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

"Fransadan qorxursan?" sualına Yamaldan CAVAB - FOTO

"Fransadan qorxursan?" sualına Yamaldan CAVAB - FOTO

1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

Qalmaqal yaradan REKLAMLAR – Niyə ən çox qadınlar hədəfə ÇEVRİLİR?

Qalmaqal yaradan REKLAMLAR – Niyə ən çox qadınlar hədəfə ÇEVRİLİR?

Göyçayda əməliyyat: HƏBS EDİLƏN VAR - VİDEO

Göyçayda əməliyyat: HƏBS EDİLƏN VAR - VİDEO

End of content

No more pages to load

RADİO