Seyid Əzim Şirvaniyə həsr olunan panel müzakirə - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində, Azərbaycanın tanınmış şairlərindən biri olan Seyid Əzim Şirvaniyə həsr olunmuş “Seyid Əzim Şirvani – 190” mövzusunda panel müzakirə keçirilib.

Bizim.Media xəbər verir ki, panel Seyid Əzim Şirvaninin ədəbiyyata verdiyi töhfələrin və onun zəngin irsinin əhəmiyyətinin təhlilinə həsr olunub.

Panel AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Filologiya elmləri doktoru, dosent Mətanət Vahidin moderatorluğu ilə baş tutub.

"Dünya Ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, MİMTA Yayınlarının rəsmi nümayəndəsi Əsəd Aslanoğlu və Turan İbrahimov çıxış ediblər.

Tədbirdə Seyid Əzim Şirvaninin ədəbi irsi, onun dövrünün və müasir dövrün ədəbiyyatına təsiri geniş müzakirə olunub. Şirvaninin şeirlərindəki dərin mənalar, milli ruh iştirakçılara yenidən təqdim edilib.

Müzakirələr zamanı həmçinin Şirvaninin əsərlərinin gələcəkdəki tədqiqatlar və nəşrlər üçün əhəmiyyəti qeyd edilib.

Panelin sonunda Seyid Əzim Şirvaninin həyatına və yaradıcılığına dair gələcəkdə daha ətraflı tədqiqatların aparılması, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqeyin təbliğ edilməsi mövzusunda təkliflər irəli sürülüb.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.


Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

“Qarabağ” İslandiyaya getdi – FOTO

“Qarabağ” İslandiyaya getdi – FOTO

Kəlbəcərdə həyatını itirən 8 azyaşlının xatirəsi belə anıldı – FOTO

Kəlbəcərdə həyatını itirən 8 azyaşlının xatirəsi belə anıldı – FOTO

Solovyov Rusiya "elitası”na səsləndi: "Satqın, yazıq, alçaq məxluqlar" – VİDEO

Solovyov Rusiya "elitası”na səsləndi: "Satqın, yazıq, alçaq məxluqlar" – VİDEO

Ağcaqanad sancdığı yer şişərsə nə etməli?

Ağcaqanad sancdığı yer şişərsə nə etməli?

Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Rusiyanın "İzumrud" gəmisi məhv edildi – FOTO

Rusiyanın "İzumrud" gəmisi məhv edildi – FOTO

Cəmilə İsmayılzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Cəmilə İsmayılzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

"Fransadan qorxursan?" sualına Yamaldan CAVAB - FOTO

"Fransadan qorxursan?" sualına Yamaldan CAVAB - FOTO

1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

Qalmaqal yaradan REKLAMLAR – Niyə ən çox qadınlar hədəfə ÇEVRİLİR?

Qalmaqal yaradan REKLAMLAR – Niyə ən çox qadınlar hədəfə ÇEVRİLİR?

Göyçayda əməliyyat: HƏBS EDİLƏN VAR - VİDEO

Göyçayda əməliyyat: HƏBS EDİLƏN VAR - VİDEO

End of content

No more pages to load

RADİO