Gəncədə 27 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində baş verib.
1998-ci il təvəllüdlü M.Əliyev bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyata götürülən kişinin vəziyyətinin orta ağır olduğu bildirilir.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu