Qusarda yeni yol tikintisi və “Şahdağ” Fermer Təssərrüfatının fəaliyyəti ilə tanışlıq - FOTO

Son illər Qusar rayonunda yol infrastrukturunun yenidən qurulması və müasir tələblərə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Qusar icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 5000 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba - Hiloba - Yasaboba - Əniqoba - Aşağı İmamqulukənd - Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 may tarixli Sərəncamı ilə bu yolun təmiri üçün dövlət büdcəsindən 1.5 milyon manat vəsait ayrılıb.

Qusar Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov Quxuroba – Hiloba – Yasaboba – Əniqoba - Aşağı İmamqulukənd - Şirvanlı avtomobil yolunda görülən işlərlə yerində tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, layihə çərçivəsində yol əsasının tikintisi, yeni asfalt-beton örtüyünün salınması, drenaj sistemlərinin və suötürücü qurğuların qurulması və yol təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq işlərin icrası nəzərdə tutulub.

Daha sonra rayon icra hakimiyyətinin başçısı Yasaboba kəndində “Şahdağ” Fermer Təsərrüfatının fəaliyyəti ilə tanış olub.

Qeyd edilib ki, həm məhsul istehsalı, həm də əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən təsərrüfatda 110 nəfər işçi qüvvəsi çalışır, orta aylıq əmək haqqı 640 manat təşkil edir. İşçilər təsərrüfat hesabına nahar yeməyi, nəqliyyat vasitəsi və xüsusi işçi geyimləri ilə təchiz olunur.
 

Fermer Təsərrüfatının istifadəsində olan 2000 ha torpaq sahəsində arpa, buğda və qarğıdalı yetişdirilir. Burada həmçinin ət və süd məhsulları istehsal olunur. İribuynuzlu mal-qaranın sayı 2800 baş, xırdabuynuzlu mal-qaranın sayı 3500 baş təşkil edir. Gündəlik 20 ton süd istehsal olunur və Bakıda yerləşən süd emalı zavodlarına satılır.


Xüsusilə ekoloji təmiz məhsul istehsalı prinsiplərinə üstünlük verilməsi təsərrüfatın fərqləndirici cəhətlərindən biridir.

İcra başçısı Sahir Məmmədxanov bu kimi fermer təsərrüfatlarının regionun ərzaq təhlükəsizliyinə, kənd yerlərində iqtisadi fəallığın və məşğulluğun artırılmasına böyük töhfə verdiyini vurğulayıb.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Meksika Argentina ilə oyuna çıxmaqdan İMTİNA ETDİ

Meksika Argentina ilə oyuna çıxmaqdan İMTİNA ETDİ

Ukraynada həyat xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Ukraynada həyat xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Qalmaqallı videoçarx silindi

Qalmaqallı videoçarx silindi

Ərdoğan Qətərə gedir

Ərdoğan Qətərə gedir

Binəqədidə idman zalından 5 minlik saat OĞURLANDI

Binəqədidə idman zalından 5 minlik saat OĞURLANDI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Hər üç min nəfərə bir vəkil... – Hansı fəsadları var?

Hər üç min nəfərə bir vəkil... – Hansı fəsadları var?

İspaniya Baş nazirinin qardaşına HÖKM OXUNDU

İspaniya Baş nazirinin qardaşına HÖKM OXUNDU

Çin Rusiyanın əsas qaz layihəsini DONDURDU

Çin Rusiyanın əsas qaz layihəsini DONDURDU

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

End of content

No more pages to load

RADİO