Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Ruzvay oğlu Yahyayev işdən çıxarılıb.
Bizim.Media unikal-a istinadən xəbər verir ki, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Arzu Teymurovaya həvalə edilib.
Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb. O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
Qeyd edək ki, R.Yahyayevin adı son vaxtlar qalmaqallarda hallanırdı. O, ötən ilin fevralında bir qrup şəxs tərəfindən döyülüb.
Bizim.Media