Bu halda cərimələrə güzəşt olunacaq - Yeni sistem

Cərimələrə yeni güzəştlər tətbiq oluna bilər.

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 45-1-ci maddəyə əsasən inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarına köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə “İCMAL” informasiya sisteminin yaradılması təklif edilir.
 

Belə ki, “İCMAL” informasiya sistemində inzibati xətalar haqqında protokolların və qərarların (qərardadların) unikal nömrə verilməklə real vaxt rejimində və avtomatlaşdırılmış qaydada izlənilməsi nəzərdə tutulur. Buna görə də layihəyə əlavə edilməsi nəzərdə tutulan 45-2-ci maddədə səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqinda protokollar və qərarlar (qərardadlar) barədə məlumatların “İCMAL” informasiya sisteminə ötürülməsi təklif edilir.


Protokollara və qərarlara (qərardadlara) unikal nömrə verildikdən sonra “İCMAL” informasiya sistemi tərəfindən səlahiyyətli orqanların informasiya sisteminə ötürülür. “İCMAL” informasiya sisteminin tətbiqi gələcəkdə inzibati xətalar haqqında işlər üzrə operativliyin, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə nəticələnəcək.

Eyni zamanda layihəyə əlavə edilməsi nəzərdə tutulan 57-1-ci maddədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması formalarından bəhs olunub. Bundan başqa, 16-1-ci fəslin adının və həmin fəsildə əks olunan 127-3-cü və 127-4-cü maddələrin yeni redaksiyada verilərək təkmilləşdirilməsi nəzərdə tutulur.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinin tələblərinə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları, həmçinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.

Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddəyə əsasən bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edilir.

Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO