Gəncədə xəsarətlə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin mərkəzi küçələrindən birində hərəkətdə olan motosikletlə avtomobil toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 1997-ci il təvəllüdlü Muxtar Əliyev xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildiririlir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media ,Qərb Bürosu