Marşrut avtobuslarında YENİLİK - Gedişhaqqı məsafəyə görə təyin EDİLƏ BİLƏR

Bakıda fəaliyyət göstərən avtobuslarda  gedişhaqqı minimum 50 qəpikdən başlayır, marşrut xəttinin hərəkət məsafəsindən asılı olaraq 70-80 qəpik, hətta 1 manat 10 qəpik arasında dəyişir.

Amma sərnişin 2 dayanacaq da, 20 dayanacaq da getsə, məsafədən asılı olmayaraq eyni ödənişi ödəyir. Çünki avtobusa mindikdə girişdə kartını validatora oxudur və avtobusun ümumi hərəkət məsafəsinə uyğun ödəniş kartdan çıxır.

Qeyd edək ki, dəmiryolu sərnişin qatarında isə belə deyil. Məsələn, sərnişin qatarla Koroğluya qədər gedirsə, 50 qəpik, Sumqayıta qədər gedirsə, 1 manat 20 qəpik ödəyir.

Bəs, avtobuslarda ödəniş niyə məsafəyə görə tənzimlənmir?

Bizim.Media nəqliyyat eksperti Elməddin Muradlının məsələyə münasibətini öyrənib. Ekspert deyir ki, ADY-dəki bu funksiya digər ictimai nəqliyyat növlərinə də tətbiq edilə bilər. O bunu ədalətli yanaşma hesab edir.

“Digər hallar düzgün deyil. 2 dayanacaq gedən də, 15 dayanacaq gedən də 50 qəpik ödəyir”.

Maraqlıdr, ADY-dəki funksiyanın avtobuslarda da həyata keçirilməsi texniki cəhətdən mümkündürmü?

 “Praktiki olaraq bu mümkündür. Sadəcə avtobuslarda bunun tətbiqi çətindir. Sərnişin avtobusa minirsə, kartı oxudur, gedişhaqqı çıxır. Gedişhaqqının hesablanması üçün  o təzədən kartı oxutmalıdır.

İndiki halda bu mümkün görünmür. Çünki avtobusların hamısı eyni ölçüdə deyil, köhnəsi, yenisi var. Təzə avtobuslarda isə həm girişdə, həm də çıxışda validatoru quraşdırmaq asandır.  Dünya təcrübəsində bunu belə tənzimləyirlər. Məsələn, girişdə 70 qəpik çıxır balansdan, çıxışda təzədən kartı validatora oxutduqda  getdiyiniz dayanacaq qədər hesablanır, qalanı karta qaytarılır”, - deyə Elməddin Muradlı qeyd edib.  

Müsahibimiz məsələni tənzimləmək üçün ciddi təhlillərin aparılmasına ehtiyac olduğunu da vurğulayıb.

“ADY-nın praktikası bir nümunədir, artıq bu, Azərbaycanda həyata keçirilibsə, deməli, digər strukturlarda da bunu təmin etmək mümkündür”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO