Baş redaktorun milli mətbuatın 150 illiyi ilə bağlı məqaləsi xarici KİV-lərdə dərc edildi - FOTO

Pakistan, Özbəkistan və Qırğız Respublikasının nüfuzlu dövlət media qurumları

Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlının Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı məqaləsini dərc edib.

Bizim.Media xəbər verir ki, Pakistanın nüfuzlu “Pakistan Observer”, “Cath Line” qəzetləri, Özbəkistanın dövlət informasiya agentliyi “Uza.uz”, Qırğız Respublikasının dövlət informasiya agentliyi “Kabar”da dərc olunan məqalələrdə Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yol, eyni zamanda medianın bugünkü fəaliyyətindən bəhs edilib.
 

Xarici mediada dərc edilən məqalədə vurğulanır ki, 2025-ci ildə Azərbaycan milli mətbuatı 150 illik yubileyini qeyd edir. Əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatlı ümumilikdə müsəlman Şərqində maarifçi ruhlu ilk qəzetlərdən biri olub. Onun missiyası təhsili təşviq etmək, ictimai islahatlara dəstək vermək və xalqı mədəni baxımdan oyatmaq idi.


“Zamanla Azərbaycan mətbuatı çar senzurası, sovet ideologiyası və müstəqillik dövrünün müxtəlif çağırışları ilə üz-üzə qaldı. Lakin bu proseslər mətbuatın inkişafını dayandırmadı, əksinə onu daha çevik və dözümlü bir instituta çevirdi. 1991-ci ildə müstəqillik bərpa olunduqdan sonra Azərbaycan mediası yeni mərhələyə qədəm qoydu. 1998-ci ildə senzuranın ləğvi ilə ölkədə mətbuat azadlığı istiqamətində real addımlar atıldı”-deyə, yazıda qeyd olunur.

Müəllif məqalədə qeyd edir ki, müasir mərhələdə Azərbaycan dövləti medianın inkişafını prioritet sahələrdən biri kimi qəbul edir. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan milli mətbuatının 150 illiyinin qeyd olunması ilə bağlı hazırlıq işlərinə başlanılıb. Bu sərəncam çərçivəsində respublika və beynəlxalq səviyyədə elmi konfranslar, tematik sərgilər, mətbuat forumları və media üzrə təhlil layihələri həyata keçiriləcək.

Prezident İlham Əliyev mətbuatı demokratik cəmiyyətin vacib dayağı hesab edir və jurnalistikanın peşəkar inkişafına, söz və ifadə azadlığının möhkəmləndirilməsinə davamlı dəstək göstərir.

Məqalədə eyni zamanda Medianın İnkişafı Agentliyinin fəaliyyətindən də bəhs edilir. Qeyd olunur ki, MEDİA bu sahədə strateji islahatların icrasını koordinasiya edir: “Agentlik, jurnalistlərin peşəkarlığının artırılması, dezinformasiyaya qarşı mübarizə, vətəndaş cəmiyyəti ilə media arasında körpülərin qurulması istiqamətində fəaliyyəti genişləndirib. Azərbaycanın media siyasəti bu gün həm milli maraqları qoruyan, həm də beynəlxalq media standartlarına inteqrasiya olunan bir xətt üzrə inkişaf edir”.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO