Salyan şəhərində əsən güclü külək fəsadsız ötüşməyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
Güclü küləyin təsirindən iri gövdəli ağac kökündən çıxaraq yaxınlıqda park edilmiş minik avtomobilinin üzərinə aşıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Lakin aşan ağac avtomobilə ciddi maddi ziyan vurub.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ərazidə təmizlik və təhlükəsizlik tədbirləri görülüb.
Sabutay, Bizim.Media, Cənub bürosu