“Qadınlar həyatdakı boşluqları doldurmaq üçün şeir yazırlar” – Elçin Hüseynbəyli

Müasir dövrdə poeziyaya marağın artması, xüsusilə sosial şəbəkələr vasitəsilə ifadə forması kimi daha əlçatan və geniş yayılması müşahidə olunur. Cəmiyyətin müxtəlif təbəqələri  gənclərdən tutmuş, təqaüd yaşına çatmış şəxslərə qədər  daxili dünyasını şeir vasitəsilə paylaşmağa can atır. Bu məsələ bir tərəfdən ədəbiyyatın demokratikləşməsi və insanların öz fikirlərini sərbəst ifadə etməsi baxımından müsbət qiymətləndirilsə də, digər tərəfdən bu sahədə peşəkarlığın arxa plana keçdiyi ilə bağlı narahatlıqlar da yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan yazıçı Elçin Hüseynbəyli poeziyaya olan bu kütləvi marağı və ədəbi sahəyə axını sərt şəkildə tənqid edib.

Yazıçı hesab edir ki, poeziya hər kəsin məşğul ola biləcəyi bir sahə deyil və burada istedadla yanaşı, zəngin mütaliə və peşəkar yanaşma mütləqdir:

“Elə bilirlər ki, şeir yazmaq hər kəsin işi ola bilər. Pensiyaya çıxan kimi şeir yazmağa başlayanlar var, deyirlər ki, Tanrı onlara istedad verib. Əsasən də qadınlar həyatdakı boşluqları doldurmaq üçün şeir yazmağa üstünlük verirlər”.

Elçin Hüseynbəylinin sözlərinə görə, poeziyanın mahiyyəti və gücü onun düşüncə dərinliyində, bədii zənginliyində və dil ustalığında gizlənir. Təəssüf ki, bu gün bir çox hallarda insanlar sadəcə emosional bir boşluğu doldurmaq, yaxud sosial mediada diqqət qazanmaq üçün şeir yazmağa başlayırlar.

Yazıçı qeyd edir ki, bu cür yanaşma poeziyanın cəmiyyət qarşısındakı əhəmiyyətli funksiyasını zəiflədir:

“Facebookda şeir paylaşır, digərləri də onu bəyənir, bu adam da özünü şair hesab edir. Bu, doğru yanaşma deyil”, - deyə yazıçı bildirib.

O, əlavə edib ki, şeir yazmaq üçün yalnız daxili hisslər kifayət etmir. Bu, eyni zamanda dərin düşüncə, ədəbi bilik və davamlı redaktə prosesi tələb edən ciddi bir sənətdir. Sosial şəbəkələrin yaratdığı “bəyənilmə” mədəniyyəti isə bir çox hallarda istedadsız, lakin diqqət axtaran insanların “şair” kimi tanınmasına gətirib çıxarır.

Bununla belə, yazıçı bu prosesin qarşısını almağın mümkün olmadığını da vurğulayıb:

“Bu, olub və olacaq. Qarşısını almaq real deyil.”

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO