Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açıldı - FOTO

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli sərəncamına uyğun olaraq, Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə onun ədəbi irsinin təbliği məqsədilə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Kokand Dövlət Universitetində Seyid Əzim Şirvani adına auditoriya yaradılıb.

Bizim.Media xəbər verir ki, auditoriyanın rəsmi açılış mərasimindən sonra çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Azərbaycan ilə Özbəkistan arasında qədim tarixi köklərə əsaslanan mədəni, ədəbi, elmi və iqtisadi əlaqələrin inkişaf dinamikasına toxunub.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin uzaqgörən və məqsədyönlü siyasəti, eləcə də aralarında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlərin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə və bütün sahələr üzrə əməkdaşlığın bu gün ən yüksək səviyyəyə çatmasına mühüm töhfə verdiyini xüsusi qeyd edib.

A.Marifli, Azərbaycan dövlətinin ədəbi və tarixi irsin qorunması və təbliği istiqamətində həyata keçirdiyi siyasətə toxunaraq bildirib ki, ölkə başçısı tərəfindən görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsinə dair mütəmadi olaraq sərəncamlar imzalanır.

Bu kontekstdə o, Prezident İlham Əliyevin klassik Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair və maarifçi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ilə bağlı imzaladığı sərəncamı diqqətə çatdırmış və auditoriyanın yaradılmasının məhz bu yubiley çərçivəsində reallaşdırıldığını bildirərək, bu kimi təşəbbüslərin ortaq mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edib.
 

Yaradılmış auditoriyanın təkcə tədris otağı kimi deyil, eyni zamanda Azərbaycan mədəniyyətini öyrənmək üçün bir elmi-tədqiqat mərkəzinə çeviriləcəyini, burada tədbirlərin, kitab təqdimatlarının, seminarların, mühazirələrin təşkil ediləcəyini və ən əsası da gələcəkdə Azərbaycan dili və ədəbiyyatının tədrisini nəzərdə tutularaq yaradıldığını vurğulayıb.


Daha sonra çıxış edən Kokand Dövlət Universitetinin birinci prorektoru Noqara Qadirova Azərbaycanın görkəmli şairi, maarifçi mütəfəkkiri Seyid Əzim Şirvani adına xüsusi auditoriyanın açılış təşəbbüsünü Özbəkistan və Azərbaycan arasındakı möhkəm dostluq, mədəni-maarif əlaqələrinin praktik təzahürü kimi qiymətləndirib, belə bir mərkəzin onların universitetində yaradılmasını iki xalq arasındakı tarixi və mənəvi bağların aktuallığı, xüsusilə gənc nəslin qarşılıqlı elmi mübadilə çərçivəsində təlim-tərbiyəsindəki əhəmiyyətində xüsusi rol oynayacağını vurğulayaraq buranın həmçinin elmi-praktik dərslərin və mənəvi-maarif tədbirlərinin keçiriləcəyi mühüm bir məkan kimi fəaliyyət göstərəcəyini də qeyd edib.
 

Qeyd edək ki, Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış sözügedən auditoriyada Azərbaycanın dövlətçilik atributları, milli mədəniyyətimizi əks etdirən suvenirlər, kiçik maketlər, tikmə və toxuculuq işləri yerləşdirilib, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, dili, tarixi, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, “Heydər Əliyev Fondu”nun rəhbəri Mehriban xanım Əliyevanın həyatı, mədəni, siyasi, fəaliyyətini əks etdirən nəşrlərdən ibarət kitabxana da yaradılıb.


Auditoriyada Seyid Əzim Şirvaninin həyatı və yaradıcılığına dair materiallar, elmi mənbələr, fotoşəkillər və şairin yaradıcılığından nümunələr yer alıb.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

End of content

No more pages to load

RADİO