Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”

“Mənim anam Azərbaycanın məşhur aktrisası Münəvvər Kələntərlidir. Anam 1963-cü ildə dünyasını dəyişib. İki dəfə ailə həyatı qurub. İlk evliliyindən bacım Validə dünyaya gəlib, ikinci evliliyindən isə mən doğulmuşam. Anam da, bacım da 51 yaşında rəhmətə gedib. 60 yaşın içindəyəm. İki oğul, iki qızım var. Bir oğlum Rusiyada yaşayır, generaldır.

O biri oğlum evlənəndən sonra Balaxanıya köçdü, kiçik qızım ailəsi ilə kirayədə yaşayır, mən isə böyük qızım və yoldaşımla Keşlədə qəzalı evdə qalıram.

Dolana bilmirəm, məcburam ki, küçələrdən butulka yığıb satım. Yaxud da kiməsə kömək etməliyəm ki, mənə əvəzində bir çörək pulu versin. Mən kəşfiyyatçı kimi Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Kəlbəcərdə, Ağdamda, Laçında döyüş yolu keçmişəm. Sonra ermənilərə əsir düşmüşəm. Bu gün 50 manatdan başqa məcavib almıram. Gözlərim bir neçə faiz görür. Səhhətim də, yaşayışım da çox pisdir”.

Bizim.Media xəbər verir ki, bunu "moderator.az"a açıqlamasında görkəmli sənətkar Münəvvər Kələntərlinin oğlu Əli Məhəmmədov deyib.

O daha sonra əlavə edib:
 

“Mənim atam da sistem işçisi olub. Bir neçə filmdə, o cümlədən “Qara volqa”-da çəkilib. Mənim 2 yaşım olanda anam məni uşaq evinə qoyub. Ana qayğısı görməmişəm. “Pəncərədə işıq” filmini o vaxt uşaq evində çəkirdilər. Həmin filmdə bir neçə epizodda mən də düşmüşəm. Anam yadıma gəlmir. Deyilənə görə məni 1-ci həyat yoldaşının etirazına görə uşaq evinə atıb.


Ayrılmışdı ondan, amma gəlib-gedirdi. Anam bacım Validəni saxlayıb. Anamı şəkildə görmüşəm. Uşaq evində deyirdilər ki, sənin o boyda anan var idi, niyə gəlib-getmirdi? Bütün sualların qarşısında susurdum. Vaxtilə anam mənə baxsaydı bu günlərə düşməzdim. Bir bacım oğlu var, o da hərdən gedib-gəlir. Bəzən mənə köməklik edir” deyə sənətkarın övladı olduğunu deyən şəxs bildirib.

O daha sonra anasından ona qalan əşyalardan danışıb:

“Anamdan mənə Lənkərandakı Böyük bazar deyilən ərazidə bircə evi yadigar qalıb. Onu da o vaxt Heydər Əliyev anama vermişdi. Ora muzey kimi fəaliyyət göstərir. Açarı tək məndədir. Bir də qonşuya vermişəm ki, turistlər gələndə açıb göstərsin. Həmin muzeydə anamın bir neçə şəxsi əşyası, xüsusilə də qramafonu var.

O qramafonu Həsən Məmmədov “Arşın mal alan” filmi çəkiləndə atamdan icazə alıb çəkilişdə istifadə etmək üçün aparmışdı. Bilirsiniz ki, bu film iki dəfə, 1945 və 1965-ci illərdə çəkilib. Söhbət 1965-də çəkilən filmdən gedir. O zaman artıq anam iki il idi dünyasını dəyişmişdi” deyə sənətkarın övladı bildirib.

Əli Məhəmmədov iddia edib ki, daha bir məşhurla qohumluq əlaqələri var:

“Mənim ögey bacım da diktor Şərqiyyə Hüseynovadır. O da mənə kömək edə bilmir. Özü də şəkər xəstəsidir, üstəgəl də gözlərinə mirvari suyu gəlib. Necə baxsın? Tək adamdır, özü güc-bəla ilə dolanır” deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

End of content

No more pages to load

RADİO