DİM-dən ÇAĞIRIŞ: “Bu halda imtahanın II cəhdinə buraxılmayacaqsınız!”

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırır.

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir:
 

“Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.


Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir.

Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

Məlum olduğu kimi, qarşıdakı həftələrdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi keçiriləcək. Mayın 25-də II və III ixtisas qrupu üzrə imtahan verənlər artıq DİM-in saytına daxil olaraq buraxılış vərəqələrini çap edirlər.

Abituriyentlər həmçinin imtahanla bağlı davranış qaydalarını özündə əks etdirən “Yaddaş kitabçası” ilə mütləq tanış olmalıdırlar.

Yaddaş kitabçasında imtahanın məzmunu, iştirakçılar üçün tövsiyələr və tələb olunan qaydalar ətraflı şəkildə izah olunur. Orada aydın şəkildə tələb olunan sənədlər, imtahan binasında olma vaxtı, qadağan olunan hallar və s. göstərilir.

Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər.
 

Yəni, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər.


Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

End of content

No more pages to load

RADİO