“Pilotumuz ürəyindən vurulub” - “Qara qutu”dan gələn səs... - AÇIQLANDI

“Rəşad Atakişiyevin övladları dərsə gedirlər, ingilis dilində təhsil alırlar, yaxşı da oxuyurlar. Dövlət təminatı yaxşıdır”.


Bizim.Media xəbər verir ki, bu sözləri “Bakıvaxtı.az”a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli kürəkəni, şəhid pilot Rəşad Atakişiyevin ailəsinə dövlətin qayğısından danışarkən deyib.

Onun sözlərinə görə, bu məsələdə dövlət, məxsusi olaraq, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva ailəyə lazımi dəstək və qayğını göstərir:

“Çox sağ olsun”.

Q.Hüseynli onu da əlavə edib ki, şəhidin təyyarəsinin qalıqları tapılsa da, “qara qutu”nun oxunub, ictimaiyyətə məlumat verilməsi gerçəkləşmədi:

“Söz verdilər, amma “qara qutu”nu açmadılar. Amma oradan bir nəfər dedi ki, Rəşadgil gecə saatlarında döyüş şəraitinə yaxınlaşdırılmış təlim keçiblər. Onlardan da 100 kilometr uzaqda dənizdə ruslar təlim keçirmişlər. Ruslar həm də sovet dönəmindən qalma “Lazer” silahının ilk sınağını həyata keçirirlərmiş. Onlar Rəşadın təyyarəsini tanıyırlarmış, çünki Rəşad Bakıya hücum edən təyyarəni vurub salırmış. Ona görə də Rəşada atəş açıblar və onun ürəyindən vurublar. Təyyarə idarəetməni itirib”.

Qabil Hüseynli: Ruslar Rəşadın təyyarəsini tanıyırlarmış, çünki o...

Müsahibimizin dediyinə görə, “qara qutu”nu oxuyanlardan biri bildirib ki, “qara qutu”dan yalnız Rəşadın zarımasını eşidib:

“Rəşad yaralı halda təyyarənin idarəedilməsini bərpa etmək istəyib, amma bunu bacarmayıb, çünki ürəyindən vurublarmış”.
 

Məlumat üçün bildirək ki, 2019-cu il iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.


Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.

Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, təyyarənin “qara qutu”su tapılıb. Avqustun 20-də isə pilotun nəşi tapılıb. Ertəsi gün Rəşad Atakişiyevin nəşi II Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə Hərbi Pilot polkovnik-leytenant Rəşad Atakişiyevə Şəhid statusu verilib.

Rəşad Atakişiyev ailəli olub. Vətənə yadigar iki övladı qalıb.

Onu da qeyd edək ki, mərhum Rəşad Atakişyev keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin kürəkənidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

End of content

No more pages to load

RADİO