Bu gecə saat 02:10 radələrində 1985-ci il təvəllüdlü şəxs (kişi cinsli) döş qəfəsinin ön divarının açıq yarası, qabırğanın açıq yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Bizim.Media