“Green Card” kimlərə verilir? - Ən çox qalib olan ÖLKƏLƏR

ABŞ hökumətinin hər il həyata keçirdiyi Müxtəliflik Vizası Lotereyası digər adı ilə “Green Card” dünya ölkələrinin minlərlə vətəndaşına Amerika Birləşmiş Ştatlarında daimi yaşamaq və işləmək imkanı qazandırır.

Bizim.Media xəbər verir ki, Azərbaycan vətəndaşlarının son 7 ildə ən çox “Green Card”ı ötən il alıb.
 

Belə ki, 2024-cü ildə 2046 nəfər “Green Card” alıbsa, müraciətlərə ən az müsbət cavab verilən il 2020-ci ildə olub. Həmin il sadəcə 899 azərbaycanlı “Green Card” müraciətinə müsbət cavab verilib. 2025-ci ildə isə “Green Card” alan həmvətənlilərimizin sayı 1730 olub.


2025-ci il üzrə ən çox və ən az “Green Card” alan ölkələrin siyahısı isə aşağıdakı kimidir: Siyahıda birinci yerdə 5 min 564 nəfərlə Özbəkistandır. Eyni zamanda Əlcəzair (5 526), Misir (5 515), Rusiya (5 519), İran (5 265) olub.

“Green Card” ala bilməyən ölkələr də çoxdur. Belə ki, San Marino, Western Sahara, Vatikan, Brunei il ərzində heç kim ABŞ-ə bu proqramla gedə bilməyib. Şimali koreyadan isə sadəcə 1 nəfər “Green Card” ala bilib. Onu da qeyd edək ki, ötən il bu rəqəm 11 idi.

Azərbaycanla sərhəddə yerləşən ölkələr arasında İran və Rusiya ən çox “Green Card” alan ölkələr kimi liderdir, bundan başqa Türkiyə 4 194, Qazaxıstan 2004, Gürcüstanda isə 1 342 nəfər 2025-ci ildə ABŞ-ə getmək imkanı qazanıb.

Müraciət forması və yolu fərqli olsa da, ümumi şərtlər aşağıdakı kimidir

Orta məktəb təhsili və ya 2 illik iş təcrübəsi

Cinayət keçmişinin olmaması və ABŞ üçün təhlükə yaratmamaq;

ABŞ-da qanuni statusda olmaq (əgər müraciət daxildən edilirsə);

Maliyyə təminatı – ailə əsaslı müraciətlərdə sponsorluq edən şəxsin maliyyə sabitliyi sübut edilməlidir

Tibb müayinəsi nəticələrinin təqdim olunması (Form I-693).

"Green Card" sahiblərinin hüquqları və məsuliyyətləri

Green Card sahibi olmaq, ABŞ vətəndaşı olmaq mənasına gəlməsə də, ölkə daxilində bir sıra hüquq və üstünlüklər əldə etmək deməkdir:

Hüquqlar

ABŞ-da qanuni daimi yaşamaq və işləmək;

Sosial xidmətlərə və dövlət proqramlarına məhdud çıxış;

Dövlət universitetlərində rezident statusu ilə təhsil almaq;

ABŞ vətəndaşlığına müraciət etmək hüququ (adətən 5 ildən sonra).

Məsuliyyətlər

Daimi yaşamaq niyyətində olduğunuzu göstərməlisiniz (Əgər “Green Card” aldıqdan sonra uzun müddət ABŞ-dən kənarda qalsanız “Green Card” ləğv olunacaq)
Federal və ştat vergilərini ödəmək;

Cinayət törətməmək və ictimai təhlükə yaratmamaq.

"Green Card"ın müddəti və uzadılması

Standart Green Card 10 il müddətinə verilir və müddət bitdikdə Form I-90 ilə yenilənə bilər.

Əgər Green Card şərti statusla verilmişdirsə (məsələn, yeni evlilik nəticəsində), bu müddət 2 il olur və sonradan Form I-751 ilə daimi karta çevrilir. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

End of content

No more pages to load

RADİO