6 gün əvvəl qoşqudan yıxılan Bərdə sakini xəstəxanada ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Bərdə rayon Yeni Daşkənd kəndində baş verib
Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Əlizadə Kənan Asif oğlu traktorun qoşqusundan yıxılaraq ağır xəsarət almışdı. K.Əlizadə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin cəhdlərinə baxmayaraq o, bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu