İnsan alveri ilə məşğul olanların YENİ FIRILDAĞI – Sosial şəbəkələrdə yayılan TƏHLÜKƏ

Azərbaycanda insan alveri qurbanlarının sayı açıqlanıb. Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatına görə, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 insan alveri qurbanının hamısı Azərbaycan vətəndaşı olub. Onlardan biri kişi, 90-ı isə qadın olub.

Ümumilikdə isə ötən il 206 insan alveri cinayəti qeydə alınıb. 206 insan alveri cinayətinin 78,1 faizi cinsi istismar (161), 21,4 faizi (44) insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər, 0,5 faizi (1) isə məcburi əmək halında həyata keçirilib.

Bundan başqa, sosial şəbəkələr vasitəsilə qurbana çevrilən insanlar var.

Məlumatda qeyd edilib ki, Vatsap, TikTok, İnstaqram, Teleqram sosial şəbəkələrində törədilmiş 44 (-14) müvafiq fakt aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (+1), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (+4), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 (+1) cinayət işi başlanılıb.

Bu da onu göstərir ki, sosial şəbəkələrdən təkcə məlumat almaq, əylənmək və digər məqsədlər üçün yox, həm də öz pis əməllərini törətmək məqsədilə istifadə edənlər var.

Bəs insanların bu yolla qurbana çevrilməməsi üçün hansı təkliflər verilə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, insanlara sadə dillə təhlükəni izah edən çarxlar hazırlanmalıdır:

“Təəssüf ki, insan alverinə qarşı mübarizə zamanı qarşılaşdığımız əsas problemlərdən biri insanların sosial şəbəkələr vasitəsilə aldadılaraq qurbana çevrilməsidir. Əvvəllər fərqli yollardan istifadə edən cinayətkarlar və ya cinayətkar dəstələr indi sosial şəbəkələrdən istifadə edərək öz əməllərini asanlıqla həyata keçirirlər.

İlk növbədə məhz sosial şəbəkələrdə maarifləndirmə, təbliğat işlərini gücləndirməliyik. Xüsusilə də sadə insanların anlaya biləcəyi dildə hazırlanmış təsiredici sosial çarxlar, video roliklər çox paylaşılmalıdır. Bununla əlaqədar növbəti illərin büdcəsində də əlavə xərclərin nəzərdə tutulması çox yaxşı olardı. Çünki yalnız qeyri-hökumət təşkilatları və yaxud Milli Koordinatorun həyata keçirdiyi işlərlə və yaxud ayrılmış vəsaitlə bunların qarşısını almaq mümkün deyil”.

Deputat qeyd edib ki, indi bu cür əməlləri yerinə yetirənlər artıq yeni üsullardan istifadə edirlər:

“Mütləq onların bu əməlləri ifşa edilməlidir. Eyni zamanda, sosial şəbəkələrdə bu cür cinayətlər həyata keçirən şəxslərin, dəstələrin aşkarlanması üçün mütləq kibertəhlükəsizlik üzrə mütəxəssislər və mərkəzlər fərqli üsullardan istifadə edərək onların aşkarlanmasını həyata keçirməlidir.
 

Biz bacardığımız qədər çalışmalıyıq ki, insanlar qurbana çevrilmədən öncə bu cür niyyəti olan şəxs və dəstələri aşkarlayaq və onları bu əməllərdən çəkindirək. Qurban olma ehtimalı olan şəxsləri qoruya bilək. Əvvəlki illərlə müayisədə çox böyük işlər görülür, Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları öz missiyalarını uğurla həyata keçirirlər.


Bir daha vurğulayıram ki, hər şey dəyşdiyi kimi bu cür cinayətkarların da iş metodları, üsulları dəyişir. Qurbanları tələyə salma ilə bağlı planları dəyişir, yenilənir. Onlar başqa ölkələrdən də bunun yeni üsullarını, yollarını öyrənib burada tətbiq edirlər. Bu baxımdan hər birimiz Azərbaycan vətəndaşı olaraq bu məsələdə aidiyyatı qurumlara dəstək olmalıyıq. İctimai qınaq olmalıdır və çalışmalıyıq ki, vətəndaşlarımızı bu cür cinayətkarlardan qoruyaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

End of content

No more pages to load

RADİO