DİQQƏT: Onlayn kreditlərin verilməsi dayandırılır?

Onlayn kreditlər hazırda bank xidmətləri arasında sürətlə yayılan trendlərdəndir. Bir çox ölkədə uğurla tətbiq olunan bu sistem, vətəndaşlara rahatlıq yaratsa da, təhlükəsizlik məsələləri aktuallığını qoruyur. Mütəxəssislər bildirirlər ki, texnoloji təminat zəif olduqda bu cür xidmətlər maliyyə risklərinə səbəb ola bilər. Bu səbəbdən, onlayn kreditlərin tətbiqində təhlükəsizlik məsələlərinə xüsusi önəm verilməlidir.

Kredit eksperti Əkrəm Həsənov Bizim Media-ya verdiyi açıqlamada bildirib ki, onlayn kredit sistemi özü-özlüyündə təhlükəli deyil:

“Sadəcə olaraq bizim bəzi banklar bu sistemi əlavə xərc çəkmədən, yəni texnoloji sərmayə qoymadan tətbiq etməyə çalışırlar. Onlara sərf edir, çünki daha az işçi qüvvəsi saxlayır, filiallara ehtiyac qalmır, inzibati xərclər azalır”, - deyə Həsənov bildirib.

Ekspert xatırladır ki, illər əvvəl bank əməliyyatları üçün mütləq şəkildə banka getmək lazım gəlirdi. İndi isə bu xidmətlərin əksəriyyəti onlayn həyata keçirilir. Bu dəyişiklik banklar üçün effektivlik baxımından müsbət haldır və kreditlərin də onlayn verilməsi bu prosesin bir hissəsidir.

Lakin Əkrəm Həsənov son dövrlərdə artan kiberhücumlar və kart oğurluqları fonunda təhlükəsizlik məsələlərinin ciddi narahatlıq doğurduğunu qeyd edir:

“Onlayn kredit götürən zaman vətəndaş sadəcə bir düyməyə toxunur, Asan İmza kimi identifikasiya üsulları tətbiq olunmur. Bu isə ciddi risk yaradır. Mən hesab edirəm ki, bu cür kreditlərin verilməsi hazırkı formada dayandırılmalı, yalnız təhlükəsizlik tam təmin olunduqdan sonra davam etdirilməlidir” -   deyə o, vurğulayıb.

Əkrəm Həsənovun fikrincə, banklar texnologiyaya kifayət qədər vəsait ayırmadıqca, bu risklər artmaqda davam edəcək.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

End of content

No more pages to load

RADİO