Hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinən Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimovun cəzası dəyişdirilib.
Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi onun vəkili tərəfindən verilmiş şikayəti qismın təmin edib.
T.Kərimovun cəzası 8 ildən 7 ilə endirilib.
Qeyd edək ki, bu iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. Totiyeva kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilirdi. Onun haqda şərti cəza hökmü qüvvədə qalıb. (Report)
Bizim.Media