“InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri çərçivəsində fermerlərin turu təşkil olunub.
Bizim.Media xəbər verir ki, artıq ənənə halını almış “Fermerlər turu” bu il də Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Naxçıvan Muxtar Respublikasından olan fermerlər üçün təşkil olunub.
Bu təşəbbüsün əsas məqsədi kənd təsərrüfatı sahəsində əldə olunan ən son nailiyyətləri fermerlərə tanıtmaq və təsərrüfatçılıq sahəsində dünya təcrübəsini öyrənməkdir.
Bu il sərgini Azərbaycanın 59 rayonundan olan fermerlər ziyarət ediblər.






Bizim.Media