Bəzi vətəndaşlar su təminatından şikayət edirlər. Bildirirlər ki, mənzillərinə daxil olan içməli suyun tərkibində daş və toz-torpaq qalıntıları var. Sakinlər dəfələrlə öz hesablarına su filtrləri qoysalar da, zamanla onlar da sıradan çıxıb. Artıq əlacsızlıqdan çirkli sudan istifadə etməli olurlar.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, şikayətlərlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bu cür hallarla rastlaşan sakinlərin suyu analiz olunmalıdır:
“Vətəndaş suyun analiz edilməsi üçün rayonun su kanal idarəsinə müraciət etməli və sözügedən problemlə bağlı onlara şikayətini bildirməlidir.
Bundan sonra idarə problemin həlli istiqamətində şəxsə lazımi köməkliyi göstərə biləcək”,- deyə əlavə olunub.
Bizim.Media