Paytaxtda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib - FOTO

BMT-nin 8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə maarifləndirici tədbirlər təşkil edir.

AYNA-dan Bizim.Media-ya bildirilib ki, ilk belə tədbir üçün məkan Hüseyn Cavid prospekti, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı seçilib.

Bu ərazi tələbələrin və mikromobillik vasitələri istifadəçilərinin sıx hərəkət etdiyi əsas məkanlardan biridir.
 

Tədbir çərçivəsində yol hərəkəti təhlükəsizliyi və mikromobilik vasitələrindən istifadə qaydaları haqqında maarifləndirici broşürlər paylanıb. Bildirilib ki, hər il dünyada 1,3 milyon insan yol qəzasında həyatını itirir. Bu qəzaların böyük qismi piyada və velosipedçilərin iştirakı ilə baş verir.


Piyadalara və mikromobillik vasitələri istifadəçilərinə ərazidə yeni salınmış mikromobillik zolağı və onun əhəmiyyəti barədə məlumat verilib.

Qeyd olunub ki, müasir şəhər mühitinin daha çox insanyönümlü olması mikromobillik vasitələrindən istifadənin təşviqini zəruri edir. AYNA tərəfindən beynəlxalq təcrübə nəzərə alınaraq mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.

Məlumat verilib ki, mikromobilliklə bağlı təhlillər aparılır, əsas cəlbetmə məntəqələri, insanların gündəlik olaraq ən çox səfər etdiyi ərazilər müəyyənləşdirilir.

Həmin ərazilərdə mikromobillik vasitələri üçün parklanma yerləri təyin olunur. Hazırda paytaxtda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib. Tələbat artdıqca parklanma məntəqələrinin sayı artırılır.
 

Bu il ərzində mikromobillik vasitələrindən 675 min 888 dəfə istifadə olunub. Bu müddətdə 1 milyon 895 min kilometrə yaxın məsafə qət edilib.


İştirakçıların diqqətinə çatdırılıb ki, ətrafdakı digər küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və metronun “Elmlər Akademiyası” stansiyası ətrafındakı şəbəkənin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi planlaşdırılır. AYNA şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsini daha da genişləndirməyi hədəfləyib.

Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı velosiped və skuterləri yol hərəkəti iştirakçıları üçün əsas nəqliyyat vasitəsinə çevirməkdir.

Tədbir çərçivəsində “Apar” velosiped kirayəsi xidmətinin nümayəndələri tərəfindən iştirakçılar üçün şəhər şəraitində təhlükəsiz velosiped sürmə və zolaqlardan düzgün istifadə qaydaları barədə təlim təşkil edilib.

Maarifləndirici tədbirin məqsədi yol istifadəçiləri arasında təhlükəsiz və məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılmasıdır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

Britaniyada ağcaqanad vasitəsilə keçən xəstəliklər KƏSKİN ARTDI

Britaniyada ağcaqanad vasitəsilə keçən xəstəliklər KƏSKİN ARTDI

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

End of content

No more pages to load

RADİO