Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məktəblini maşın vurub. Dəhşətli hadisə Gəndob-Yalama yolunun Xaçmazın Nərəcan kəndindən keçən hissəsində baş verib."Hundai" markalı avtomobilin sürücüsü, Nərəcan kənd sakini Təyyar Məqsəd oğlu Xəlilov yolu keçən 2011-ci il təvəllüdlü Turan Məcidovu vurub.
Ağır zərbələr alan yeniyetmə yerindəcə keçinib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu