Tərtərdə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, rayonun Evoğlu kəndi ərazisində baş verən qəzada, Quliyev Azay Xasay oğlunun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili traktora çırpılıb.
Hadisə nəticəsində xəsarət alan sürücü Tərtər mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma aparılır.
Bizim.Media