Bərdədə azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Bərdə şəhər Sabir küçəsində qeydə alınan hadisədə "Honda" markalı avtomobil 2017-ci il təvəllüdlü Cəlilzadə Rafil Vüqar oğlunu vurub.
Azyaşlı Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyatı təhlükəsinin olmadığı bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Bizim.Media