Sabah Bakıda BU YOLLAR tam bağlanacaq – RƏSMİ XƏBƏRDARLIQ

Sabah Bakıda AVRO-2020 futbol çempionatının A qrupu üzrə Türkiyə-Uels qarşılaşması olacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunun anşlaqla keçəcəyi, qarşılaşmanı çoxsaylı azarkeşin izləyəcəyi gözlənilir.

Bununla əlaqədar paytaxtın bəzi küçə və prospektlərdə avtomabillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. 

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif​ Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, 16 iyun səhər saatlarından futbol oyunu tam başa çatanadək Olimpiya Stadionu istiqamətində kəsişən, bitişən bütün küçə və perespektlərdə avtomabilin hərəkətinə tam məhdudiyyət qoyulacaq: 
 

“Ziya Bünyadov prospekti ilə 9-cu köndələn və Xəlil Rza Ulutürk küçələrinin kəsişməsindən qeyd olunan istiqamətə, eləcə də Böyükşor bulvarı istiqamətində hərəkət məhdudlaşdırılır. Bundan başqa Bakı hava limanından Heydər Əliyev prospekti ilə şəhərə doğru hərəkət edən avtomabillərin Olimpiya Stadionu istiqamətində kəsişən yolda hərəkətinə məhdudiyyət qoyulur.


Qeyd olunan istiqamətlər üzrə yalnız Təşkilat Komitəsi tərəfindən verilən tanınma emblemi olan nəqliyyat vasitələri hərəkət etməlidir”.

Vaqif Əsədov Bizim.Media vasitəsilə avtomabil sahiblərinə müraciət edərək, bildirib ki, qardaş Türkiyədən Azərbaycana gələn azarkeşlərin sayı həddindən çoxdur, bu da yol hərəkətində sıxlıq olacağı ehtimalını yaradır: 

“Ona görə də xahiş edirik ki, bu tarixdə lüzumsuz şəkildə şəxsi avtomabillərdən istifadə edilməsin, ayrılmış xüsusi nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilsin”.

DYPİ sözcüsü xatırladıb ki, Bakı Olimpia Stadionu istiqamətinə bir neçə məntəqədən azarkeşlərin daşınması üçün ictimai nəqliyyat vasitələri ayrılıb: 

“Onlar Səməd Vurğun parkı və metronun Qara Qarayev stansiyası yaxınlığından Olimpiya Stadionu istiqamətində hərəkət edəcəklər. Ekspress avtobuslar və digər ictimai nəqliyyat növlərindən istifadə edənlərə də müraciət edirik ki, koronavirusun yayılma ehtimalını nəzərə alıb, qoruyucu vasitələrdən istifadə etməyi unutmasınlar”.

Vaqif Əsədov paytaxt sakinlərinin qonaqpərvərlik nümunəsi nümayiş etdirməsinin vacib olduğunu deyib: 
 

“Vətəndaşlarımız hər zaman polislə həmrəyliyini nümayiş etdirib. Bu dəfə də bir daha xahiş edirik ki, vətəndaşlarımız, avtomabil sahibləri, sürücülər keçirilən bu tədbirin dövlət əhəmiyyətli olduğunu nəzərə alıb, mentalitetimizə uyğun qonaqpərvərlik mühitinin yaradılmasına şərait yaratsınlar, ayıq-sayıq olsunlar.


Eyni zamanda informasiya təhlükəsizliinə də diqqət yetirsinlər – Nəzərə alınsın ki, xoşagəlməz məqamlar olarsa, onların çəkilib, paylaşılması imicimizə xələl gətirə bilər. Tədbirin başlanması pik saatlara düşdüyü üçün vətəndaşlar bunu anlayışla qəbul etsinlər”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah pensiyalar ödəniləcək

Sabah pensiyalar ödəniləcək

DSMF-nin gəlir və xərcləri AÇIQLANDI - FOTO

DSMF-nin gəlir və xərcləri AÇIQLANDI - FOTO

Krasnodar hava limanında 34 reys təxirə salındı

Krasnodar hava limanında 34 reys təxirə salındı

Ermənistan Rusiyadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi

Ermənistan Rusiyadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi

Bakıda evdən 70 min manatlıq qızıl oğurlandı - Saxlanılan var – FOTO-VİDEO

Bakıda evdən 70 min manatlıq qızıl oğurlandı - Saxlanılan var – FOTO-VİDEO

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Bakıda obyekt yanır

Bakıda obyekt yanır

General-mayor Etibar Məhərrəmova yeni vəzifə verilib

General-mayor Etibar Məhərrəmova yeni vəzifə verilib

Bu ölkə prezidentini qaçıracağıq - Heqset

Bu ölkə prezidentini qaçıracağıq - Heqset

Taker Karlson: "İran ABŞ-ın hərbi qüdrətinin sərhədlərini göstərdi" – VİDEO

Taker Karlson: "İran ABŞ-ın hərbi qüdrətinin sərhədlərini göstərdi" – VİDEO

3 futbolçu dünya çempionatının tarixinə düşəcək - ADLAR

3 futbolçu dünya çempionatının tarixinə düşəcək - ADLAR

BMT: Dünyada hər 70 nəfərdən biri məcburi köçkündür

BMT: Dünyada hər 70 nəfərdən biri məcburi köçkündür

Rusiya Finlandiya sərhədində yeni hərbi baza tikir – FOTO

Rusiya Finlandiya sərhədində yeni hərbi baza tikir – FOTO

Si Cinpinin Şimali Koreyaya səfərinin əsl səbəbi AÇIQLANDI

Si Cinpinin Şimali Koreyaya səfərinin əsl səbəbi AÇIQLANDI

20-dən çox ölkə İrandan bunu TƏLƏB ETDİ

20-dən çox ölkə İrandan bunu TƏLƏB ETDİ

Şəhərdən kəndə köçüb, təsərrüfat YARATDI – Məhsulun kiloqramını 100 manatdan baha satır – FOTO

Şəhərdən kəndə köçüb, təsərrüfat YARATDI – Məhsulun kiloqramını 100 manatdan baha satır – FOTO

Abunəlik tələsi - “Pul geri qaytarılmır” deyənlərə XƏBƏRDARLIQ

Abunəlik tələsi - “Pul geri qaytarılmır” deyənlərə XƏBƏRDARLIQ

Azərbaycanda yeni hava limanı istifadəyə veriləcək – TARİX AÇIQLANDI

Azərbaycanda yeni hava limanı istifadəyə veriləcək – TARİX AÇIQLANDI

61 yaşlı aktrisa FOTOSU ilə hər kəsi heyran etdi

61 yaşlı aktrisa FOTOSU ilə hər kəsi heyran etdi

Millimizin üzvü Sloveniya klubunun TRANSFER HƏDƏFİNDƏ

Millimizin üzvü Sloveniya klubunun TRANSFER HƏDƏFİNDƏ

Rusiyada MÜHARİBƏ FOBİYASI - Cəbhəyə getmək istəyənlərin sayında KƏSKİN AZALMA

Rusiyada MÜHARİBƏ FOBİYASI - Cəbhəyə getmək istəyənlərin sayında KƏSKİN AZALMA

“Çörəyinin duzu olmayan” 5 bürc

“Çörəyinin duzu olmayan” 5 bürc

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bəzi rayonlara leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Bəzi rayonlara leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO