Rəsulzadə Mixaylo ilə görüşəndə ona nə demişdi? - Bacısı oğlu AÇIQLADI

1945-ci il mayın 8-də Berlində alman feldmarşalı Vilhelm Keytel Almaniyanın müttəfiq dövlətlər qarşısında qeyd-şərtsiz kapitulyasiya aktını imzalamış, bununla da Avropada İkinci Dünya müharibəsi başa çatmışdı. Bu xəbər SSRİ ərazisində 9 mayda elan edildiyindən, məhz bu tarix Sovet İttifaqında və keçmiş sosialist bloku ölkələrində faşizm üzərində qələbə günü kimi qeyd olunur.

Azərbaycan xalqı İkinci Dünya müharibəsində döyüşmək üçün cəbhəyə 600 min nəfər yola salıb. Onların təxminən yarısı savaşdan geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.

İkinci Dünya müharibəsinin azərbaycanlı qəhrəmanlarından biri də Mixaylo ləqəbli Mehdi Hüseynzadədir. O, Sovet İttifaqı Qəhrəmanı adı almış 42 soydaşımızdan biridir.

Bizim.Media xəbər verir ki, qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov dayısı barədə Modern.az-la həmsöhbət olub.

O bildirib ki, Mehdi Hüseynzadə II Dünya müharibəsi başlaya ərəfədə - 1939-cu ildə Rusiyanın Leninqrad şəhərindəki Xarici Dillər İnstitutunda oxuyurdu:
 

“1941-ci ildə müharibə başlayanda Bakıya gəldi, çağırış vərəqəsi aldı. Anam danışır ki, 1941-ci ilin avqustunda hərbi formada evə gələrək dedi ki, “müharibəyə gedirəm. Hara getdiyimi bilmirəm, ancaq ora çatanda məktub yazacam"".


Bacısı oğlu deyir ki, Mehdi Hüseynzadə əvvəlcə Tbilisidə kəşfiyyat məktəbində təlim keçib. 8 ay sonra onu  birbaşa Stalinqrad cəbhəsinə göndəriblər. Orada isə çox şiddətli döyüşlər gedirdi:

"O, Stalinqraddan məktub yazmışdı. Bildirirdi ki, şiddətli döyüşlər getdiyi üçün çox məktub yaza bilməyəcək. Sonra elə oldu ki, dayım orada yaralandı və əsir düşdü. Daha sonra əsirləri Almaniyaya apardılar. Vəziyət elə gətirmişdi ki, Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olan Məhəmməd Əmin Rəsulzadə əsir düşən azərbaycanlılarla görüşən zaman onların arasında Mehdi Hüseynzadə olub.

Rəsulzadə azərbaycanlı əsirlərlə söhbət aparanda deyib ki, müharibənin nə ilə bitəcəyi bilinmir.
 

"Ona görə də siz almanlarla əməkdaşlıq etməyə, onların tərəfində döyüşməyə razılıq verin. Sonrasına baxarıq”, - deyə Rəsulzadə əsir düşən soydaşlarmıza məsləhət verib.


Mixaylo da əsirlikdə olanda sovet əsgərlərinin arasında təbliğat aparırdı. Almanlar onlarla əməkdaşlığa razı olan sovet əsirlərindən polis, jandarm kimi Avropada istifadə edirdi. Mehdi Hüseynzadə öz yoldaşları ilə Yuqoslaviyaya göndərilmişdi. Yuqoslaviyada onlar əvvəlcə yerli partizanlarla gizli əlaqə qurdular. Sonra da hissə-hissə partizanların tərəfində keçdilər. Ən sonda da elə Mixaylo partizanlara qoşuldu”.

Bacısı oğlu deyir ki, Mixaylo hələ əsirlikdən əvvəl Tbilisdə təlim keçərkən partlayıcı qurğularla işləməyin sirlərini öyrənmişdi:

“O bilirdi ki, hansı qurğularda necə istifadə olunur, hansı binaları necə partlatmaq olar. O vaxt Mehdi əsasən İtaliyanın Triest şəhərində əməliyyatlar keçirirdi. O şəhər Yuqoslaviya ilə 10-15 kilometrlik məsafədə idi. Onun əsas fəaliyyəti bu şəhərdə olub. Mixaylo elə Triestdən əməliyyatdan qayıdan zamanı almanlar onu mühasirəyə aldılar. Elə orada da həlak oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

Ödənişsiz avtobusların sayı artırılacaq? – Rəsmi AÇIQLAMA

Ödənişsiz avtobusların sayı artırılacaq? – Rəsmi AÇIQLAMA

Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı

Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Haluk Leventdən səs-küylü etiraflar

Haluk Leventdən səs-küylü etiraflar

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Gəncədə gənc oğlan bıçaqlandı

Gəncədə gənc oğlan bıçaqlandı

End of content

No more pages to load

RADİO