9 May - Faşizm üzərində qələbədən 80 il ötür

Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur.

Bizim.Media xəbər verir ki, faşizm üzərində qələbədən 80 il ötür.

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub.
 

Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.


İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi.

Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.

Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

Dünyanın ən bahalı şəhəri seçildi

Dünyanın ən bahalı şəhəri seçildi

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

ABŞ lideri Hörmüzü "Tramp boğazı" adlandırdı - FOTO

ABŞ lideri Hörmüzü "Tramp boğazı" adlandırdı - FOTO

Şuşaya doğru yol açan səssiz qəhrəmanlar – FOTO

Şuşaya doğru yol açan səssiz qəhrəmanlar – FOTO

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

"Məni ad gününə çağırmadılar"

"Məni ad gününə çağırmadılar"

Türkiyənin ən gözəl qadınını tələb etmişdi - Qalmaqallı açıqlaması ilə gündəm oldu

Türkiyənin ən gözəl qadınını tələb etmişdi - Qalmaqallı açıqlaması ilə gündəm oldu

Magistraturaya maraq AZALIB? – İNFOQRAFİKA

Magistraturaya maraq AZALIB? – İNFOQRAFİKA

Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...

Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...

Şimal-Qərb bölgəsində hava yağışlı, yollar dumanlıdır - FOTO

Şimal-Qərb bölgəsində hava yağışlı, yollar dumanlıdır - FOTO

Ən çətin xasiyyətli qayınanalar bu bürclərdən çıxır

Ən çətin xasiyyətli qayınanalar bu bürclərdən çıxır

Bu xidmət mayın 1-dən tarixə qovuşur

Bu xidmət mayın 1-dən tarixə qovuşur

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

Tramp İranla Ukraynanı səhv saldı – VİDEO

Tramp İranla Ukraynanı səhv saldı – VİDEO

End of content

No more pages to load

RADİO