Banklardan əlini üzənlər buradan kredit götürür - Bəs BOKT-lar sərfəlidir?

Məlum olduğu kimi, ötən il Azərbaycan Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətini tənzimləyən yeni qaydalar qəbul edilib. Əsasən qısamüddətli və kiçik məbləğli gündəlik istehlak kreditlərinə şamil olunan bu qaydalarda ilk dəfə “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib.

Bizim.Media xəbər verir ki, yeni qaydalara əsasən, gündəlik kredit məhsullarının parametrləri də dəyişib. Belə ki, artıq kredit məbləği 500 AZN-dək olmalıdır. Bu zaman gündəlik faiz 0.3%-dən çox olmayaraq, maksimum 45 gün üçün nəzərdə tutulur. Gecikmə faizi (maksimum 30 günə qədər) isə gündəlik 0.6%-dir.

Komissiya haqlarında məhdudiyyət olmasa da, ümumi gəlir məbləğin 100%-ni keçə bilməz. Kreditin uzadılması mümkün deyil, bağlandıqdan 3 iş günü sonra yenidən müraciət etmək mümkündür.



Bu riskli bazarda kimlər var?

Təbii ki, BOKT-ların maliyyə imkanları banklarla müqayisədə məhduddur. Banklar geniş maliyyə imkanları sayəsində nisbətən aşağı faizlə kredit verə bilirlər. Lakin bankların imtina etdiyi şəxslər ən çox BOKT-lara müraciət etməyə məcbur olurlar. Hazırda sözügedən bazarda ən iri iki payçı “Azpulmat” ticarət markası adı altında “Azpul” MMC və “SF Azerbaijan BOKT” MMC ticarət markası adı altında “Manato”dur.

 

Lisenziyanı ilk alaraq bazara daxil olan təşkilat “Azpul”dur. MMC Mərkəzi Bank tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli BKT-34 lisenziyası əsasında fəaliyyət göstərir. Burada kredit məbləği 20-500 AZN arasında dəyişir. İlk 5 gün faiz hesablanmamaq şərti ilə 45 günlük müddətə gündəlik 0.3% faiz hesablanır.


Maksimum 30 gün yubanma ilə, gecikmə faizi 0.6%-dən hesablanır. Qaydalarda qeyd edildiyi kimi, uzadılma imkanı olmayan kredit üçün yalnız o bağlandıqdan 3 iş günü sonra yenidən müraciət etmək mümkündür.

24.12.2021 tarixli, BKT-44 saylı lisenziya əsasında fəaliyyət göstərən Manato.az-da isə kredit 50 manatdan başlayır. Belə ki, 50-500 AZN arası məbləğ üçün müddət burada da 45 gündür. İlk gündən hesablanmağa başlayan gündəlik faiz 0.3-dür. Maksimum 30 gün gözlənti ilə bu şirkətdə də gecikmə 0.6%-lə hesablanır. Uzadılma imkanı yoxdur, yeni kredit üçün yalnız o bağlandıqdan 3 iş günü sonra müraciət edə bilərsiniz.



Bəs vətəndaşlar üçün hansı daha sərfəlidir?

Gəlin 100 AZN kredit üzrə fərqlərə baxaq:

Götürülən pul üzrə ödənişin 45-ci günü “Azpulmat”da 42%, 35-ci günü 34%, 25-ci günü 26%, 15-ci gün isə 18% hesablanır.

Manato.az-da isə eyni məbləğ üzrə ödənişin 45-ci günü 41%, 35-ci günü 38%, 25-ci gün 35%, 15-ci gün isə 32% hesablanır.

Adıçəkilən BOKT-lar arasında başqa fərqlər də var: “Azpulmat” həm veb-sayt, həm də Android/İOS mobil tətbiqləri vasitəsilə kredit təqdim edir. Müqavilənin imzalanması SİMA vasitəsilə tətbiqdə birbaşa həyata keçirilir.

Manato.az isə yalnız veb-sayt üzərindən xidmət göstərir və bu halda istifadəçi SİMA-ya ayrıca qeydiyyatdan keçməlidir.

Sadalananlardan belə nəticəyə gəlmək olar ki, əgər müştəri krediti tam 45-ci gün ödəyirsə, şərtlər təxminən eynidir. Lakin daha tez ödəniş edən müştərilər üçün “Azpulmat” müştərisi olmaq daha sərfəlidir. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

End of content

No more pages to load

RADİO