Mərakeş Krallığının Şahzadəsi 132 -134 nömrəli Təhsil Kompleksində olub - FOTO

Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti, Mərakeş Krallığının Ülyahəzrətləri Şahzadə Lalla Hasnaa Azərbaycana işgüzar səfəri çərçivəsində 132–134 nömrəli Təhsil Kompleksini ziyarət edib.

Bizim.Media xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov, Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohammed Mehdi Bensaid, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, Rabat Mədəni İrsinin Qorunması Fondunun Baş katibi Nouzha Alaoui, eləcə də digər rəsmilər və məktəb kollektivi iştirak ediblər.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bu gün UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvü olan 132–134 nömrəli Təhsil Kompleksi ilə Rabatın Oum El Banine məktəbi arasında başlayan qardaşlaşma proqramı mədəni mübadilə, ortaq dəyərlər və təhsil əməkdaşlığına əsaslanan yeni bir mərhələnin əsasını qoyur. Nazir vurğulayıb ki, Rabat Mədəni İrsinin Qorunması Fondu, Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən bu təşəbbüs növbəti tədris ilindən etibarən Bakının və Rabatın beş məktəbini əhatə edəcək. Nazir bildirib ki, bu təşəbbüs şagirdləri mədəni irslərini araşdırmağa, qorumağa və paylaşmağa təşviq etməklə yanaşı, onlar arasında mədəni dialoqu gücləndirəcək.
 

Səfər çərçivəsində şagirdlər tərəfindən qardaşlaşma proqramının təməli olan “Mən irsimi kəşf edirəm – Bakı” adlı təhsil proqramı təqdim olunub. Eyni zamanda, Rabatın Oum El Banine məktəbinin şagirdləri tərəfindən ünvanlanan videomesaj nümayiş etdirilib.


Səfər çərçivəsində Şahzadə sinif otaqlarında tədris prosesi ilə də tanış olub, şagirdlərlə söhbət edib və onların təqdimatlarını dinləyib. Eyni zamanda, məktəbin Tarix Muzeyi təqdim olunaraq Azərbaycan tarixi barədə məlumat verilib.

Tədbir şagirdlər tərəfindən hazırlanan Rabat və Bakı şəhərlərinin görkəmli abidələrinə həsr olunmuş rəsmlərin sərgisi, musiqili konsert proqramı və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

End of content

No more pages to load

RADİO