“Xankəndidən dünyaya keyfiyyətli məhsul ixrac edəcəyik” — Azərbaycanlı iş adamı

“Yeni qurulan fabrik olduğu üçün işlərimiz yavaş-yavaş qaydasına düşür. Zamanla hər şeyin daha yaxşı olacağına ümid edirik”.

Bizim.Media xəbər verir ki, bu sözləri “demokrat.az”a açıqlamasında iş adamı, “BUSINESS TEX JV” şirkətinin direktoru Əfqan Müslümov deyib.

O bildirib ki, rəhbərlik etdiyi müəssisə tam fəaliyyətə başlayandan sonra burada 800-1000 nəfər işlə təmin olunacaq:

“İlkin mərhələ olduğu üçün hazırda burada 230 nəfər insan çalışır. Fabrikə Özbəkistandan da mütəxəssislər cəlb ediləcək. Fabrikdə əsasən qısaqol köynəklərin istehsalı nəzərdə tutulsa da, mərhələli şəkildə müxtəlif geyimlərin istehsalı da planlaşdırılır. İndi orada işləyənlər əsasən sahədən gələn xanımlardır. 2-3 ay təlimdən sonra onlar bu işə başlayıblar. Professional dərzilər olmadığı üçün işimiz bir az ləngiyir. Burada əsas məqsəd işğaldan azad olunan ərazilərimizdə insanlarımızı işlə təmin etməkdir”.



Ə.Müslümov qeyd edib ki, bütün bu səbəblərə görə bir neçə çeşid məshula keçid edə bilmirik:

“Hazırkı gücümüz odur ki, 1 ayda 300 min qısaqol köynək tikə bilərik. İstehsal olunacaq məhsullar yerli bazarla yanaşı, xaricə də ixrac olunacaq. Bu fabrik Bakıda olsaydı, ən azı 6 ay sonra ixrac edə bilərdik. Azərbaycan xanımları işlərinin peşəkarıdır. Bunu təkcə mən demirəm, Özbəkistandan olan nümayəndələr də deyir. Hamıda işləməyə həvəs var”.

Əfqan Müslümov həm də “PAY GROUP” şirkətinin təsisçisi olduğunu vurğulayıb:

“Əsas fəaliyyət istiqamətimiz Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərərək, bu sahəni müxtəlif kateqoriyalı otaq qapıları, giriş qapıları, qapı dəstəkləri, döşəmə örtükləri ilə təmin etməkdir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacarmışdı və fəaliyyətini bu istiqamətdə davam etdirməkdədir. “Fortex” sərgi salonu artıq françayzinq sektorunda ixtisaslaşmış və dünyanın bir çox məşhur markalarının etibarını qazanmışdır. Ekskluziv məhsul çeşidi ilə yanaşı, seçilmiş markaların keyfiyyətlərini sübut etmək üçün müvafiq sertifikatlaşdırmalar əldə etmişik.

Əsas dəyərlərimiz ətraf mühitin davamlı inkişafı, etibarlılıq, keyfiyyət, müştəri məmnuniyyəti, dürüstlük və peşəkarlıqdır. Hazırda “Fortex” sərgi salonumuzda təmsil olunan geniş təcrübəyə malik, xam malın hazırlanmasında tətbiq edilən ən sonuncu dünya standartlarına cavab verən Rusiya, Belarusiya, Çin və İtaliya istehsalı marka və məhsullarımızla müştərilərimizə zəmənət təqdim etdiyimiz üçün qürur duyuruq”.

Əfqan Müslümov vurğulayıb ki, onun rəhbərlik etdiyi “PAY GROUP” şirkəti də hazırda çox böyük və tanınmış layihələrdə iştirak edir:

“Buna “Sea Breeze”də olan - Cube Hotel, White Villas 1, White Villas 2, Palazza Del Sol, Palazza Dela Luna, Lighthouse, Lighthouse 2, Lighthouse 3, Park Residence, Polo Residence, Grand Hotel, Reabilitasiya Mərkəzi, Del Ventos, White Hotel, Landau School, Palazzo Del Verdi & Del Rosa layihələri daxildir”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ötən il avqustun 22-23-də Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında investisiya proqramları müəyyən olunub. Burada sənaye, kənd təsərrüfatı, turizm və mehmanxana biznesi əsas yer tutur.

Daşkənddə Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə isə yeni Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilib.

Ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçiriləcək ki, Xankəndi şəhərində Özbəkistanın inşa etdiyi toxuculuq fabriki də onlardan biridir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

End of content

No more pages to load

RADİO