Bu şəxslərdən biri Roma Papası seçiləcək – ADLAR/FOTO

Mayın 7-də Müqəddəs Taxt-Tacda yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbərinin seçilməsi üçün konklav (seçki) keçirilir.

Bizim.Media xəbər verir ki, konklava mərhum Papa Fransiskin rəhbərliyi dövründə Müqəddəs Taxt-Tacın dövlət katibi vəzifəsini icra etmiş italiyalı kardinal Pietro Parolin rəhbərlik edir.

Hazırda bütün dünyada diqqət yeni Papanın seçiləcəyi bu kritik prosesə yönəlib. Konklav başlayandan sonra izdiham Müqəddəs Pyotr meydanına toplaşaraq Sikstin Kapellasına quraşdırılan bacadan çıxacaq tüstünün rəngini yaxından izləyir. Yeni Roma Papasının kim olacağı ilə yanaşı, konklavın nə qədər davam edəcəyi də maraq doğurur. Vatikanda seçki prosesini işıqlandırmaq üçün 5300-dən çox jurnalist akkreditasiyadan keçib.

Roma Papası necə seçilir?

Sikstin Kapellasında başlayan konklavda yaşı 80-dən aşağı və seçkiyə qatılmaq hüququ olan 133 kardinal səs verəcək və verilən hər bir səs yandırılacaq. Namizəd üçdə iki səs çoxluğu alana qədər kardinallar gündə 4 dəfəyədək səs verəcəklər. Yeni Papanın seçilməsi üçün ən azı 89 kardinalın dəstəyinə ehtiyac olacaq.

Səsvermənin nəticəsi necə məlum olur?

Sikstin Kapellasının damında quraşdırılan bacadan çıxan tüstünün rəngi dünyaya yeni Papanın seçilib-seçilmədiyindən xəbər verəcək. Ənənəyə görə, kardinallar səsvermə turunun başa çatıb-çatmadığını dünyaya bildirmək üçün bacadan çıxan tüstüdən istifadə edirlər. Səsvermə qəti nəticə verməsə, bacadan çıxan tüstü qara rəngdə olacaq. Əgər Papa seçilərsə tüstünün rəngi ağ olacaq və kilsə zəngləri çalınacaq.

Kilsə qanunlarına görə, lazımi səs çoxluğuna çatan kardinal bu vəzifəni qəbul edəcəyi təqdirdə katoliklərin yeni ruhani lideri olacaq. Yeni Papa kilsədəki xüsusi otağa aparılacaq və orada onun üçün hazırlanmış paltarları geyinəcək. Daha sonra yeni Roma Papası Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılacaq.

Yeni Papa olmağa kimlər əsas namizəd göstərilir?

Dünyadakı təxminən 1,4 milyard katolik yeni liderin seçilməsini gözləyir. Bu posta əsas namizədlər arasında italiyalı kardinal Pietro Parolin, macar kardinal Peter Erdo, Birləşmiş Ştatlardan kardinal Raymond Leo Burke, italiyalı kardinal Matteo Zuppi, filippinli kardinal Luis Antonio Qokim Taqle, italiyalı kardinal Pierbattista Pizzaballa, qanalı kardinal Piter Turkson, fransız kardinal Jan Mark Avelin, isveçli kardinal Anders Arborelius, qvineyalı kardinal Robert Sarah, maltalı kardinal Mario Qrex, Konqo Demokratik Respublikasından olan kardinal Fridolin Ambonqo Besunqu, ABŞ-dan olan kardinal Timoti Dolan və amerikalı kardinal Robert Frensis Prevostun adı çəkilir.

Konklavın tarixi

Papa II Nikolay 1059-cu ildə yeni ruhani liderin kardinallar tərəfindən müəyyən olunması qaydasını tətbiq edib. Katolik kilsəsinin tarixində ən uzun seçki prosesi 1268-1271-ci illər arasında - 1006 gün (2 il 9 ay) baş tutub. Seçki prosesi bu qədər uzun olduğu üçün 1274-cü ildə kardinalların konklav zamanı bir yerdə qalmaları və Papa seçilənə qədər oranı tərk etməmələri qərara alınıb. Tarixdə ən qısamüddətli konklav 1503-cü ildə baş tutub və ümumilikdə 10 saat davam edib. Sikstin Kapellasında ilk konklav isə 1492-ci ildə keçirilib.

Xatırladaq ki, katoliklərin ruhani lideri və Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk aprelin 21-i Vatikanın Müqəddəs Marta Evindəki iqamətgahında 88 yaşında vəfat edib. Mərhum Xorxe Mario Berqolyo Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papa olub. (Azərtac)







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

End of content

No more pages to load

RADİO