Azərbaycanda nazirlik işçisinə 14 bıçaq zərbəsi vuruldu

Ağcabədidə ata və iki oğlu nazirlik əməkdaşını ölümcül şəkildə döyüb. Həmin şəxslərdən biri nazirlik işçisinə 14 bıçaq zərbəsi vurub.

Bizim.Media xəbər verir ki, Fərhad Bəşirov oğlanları Səlim və Vüsal hakim qarşısına çıxarılıblar. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işləyən Daşqın adlı şəxsi döyüblər.
 

Məlumata görə, hadisə Daşqının işə düzəltmək adı ilə onlardan 5 min manat almasına görə baş verib. Daşqın 5 min manat qarşılığında Səlimi işə düzəldəcəkmiş.


Daşqın bu məqsədlə pulu alıb, amma heç bir iş görməyib. Aldığı məbləğin cəmi 2 min manatını qaytaran Daşqın imkan olmadığı üçün qalan məbləği ödəməyib. Buna görə də, onlar arasında bir neçə dəfə mübahisə yaşanıb.

Sonuncu telefon danışığında tərəflər bir-birini söyüb. Söyüşə görə hər iki tərəf bir-birini ittiham edib.

Ata və iki oğlu Daşqınla görüşə gedib. Daşqın onları görən zaman maşına əyləşərək qapıları bağlayıb. Bəşirovlar maşının şüşələrini sındırıb, Daşqının telefonunu yerə çırparaq qırıblar. Onu maşından düşürərək döyüblər.

Hadisə zamanı Daşqının olduğu maşın nazirliyə məxsus olub. Maşına 500 manatdan çox ziyan dəyib.

İttihama görə, dava zamanı Vüsal cibindən bıçaq çıxararaq Daşqına 14 zərbə endirib.

İstintaq orqanı Vüsala qəsdən adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə ittiham irəli sürüb. Qardaşı və atası isə xuliqanlıqda təqsirli bilinib.

Vüsal 12 il azadlıqdan məhrum edilib. Atası və qardaşı barəsində isə 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib./musavat.com

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

End of content

No more pages to load

RADİO