Qubada dəm qazı can alıb. Hadisə Quba şəhərindəki M.Tahirov-31 ünvanında qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu evdə yaşayan 76 yaşlı Nazilə Zeynalova dəm qazından zəhərlənərək ölüb.
O, hamamda olarkən dəm qazından boğulub.
Ölüm faktı Quba rayon prokurorluğunda araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu