Yasamal rayon MKS-inin X.B.Natəvan adına 4 №-li kitabxana filialının əməkdaşları Mehdi Hüseynzadənin 100 illiyi ilə əlaqədar qəhrəmanımızın heykəlini ziyarət etdilər, onun əbədi xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Kitabxana əməkdaşları oxuculara məlumat verərək bildirdilər ki, Mehdi Hüseynzadənin heykəli heykəltəraş Fuad Əbdürrəhmanovun ən uğurlu işlərindən biridir. Heykəltəraş Mehdi Hüseynzadəni əlində qumbara tutaraq növbəti əməliyyat apardığı anda təsvir etmişdir. Partizanın nifrət dolu gözləri, bir-birinə sıxılmış dodaqları və üzünün cizgiləri məharətlə işlənmişdir.
Oxuculardan Yaşar Babazadə Mehdi Hüseynzadənin 1943-cü ildə Vətənindən uzaqda yazdığı, Vətəninə olan məhəbbətini xarakterizə edən şeirini söylədi:
Süd verib qoynunda bəslədin məni,
Mən sənin gözünə qurbanam, Vətən!
Qoymaram incidə yadellər səni,
Bilki, etibarlı oğlunam, Vətən!